Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 5
  • “İran dərhal baş verən hadisəyə aydın və əsaslandırılmış izahat verməlidir” – KOMİTƏ SƏDRİ

“İran dərhal baş verən hadisəyə aydın və əsaslandırılmış izahat verməlidir” – KOMİTƏ SƏDRİ

admin 05 Mart 2026 3 minutes read
IMG_4661
PAYLAŞIN:

“Naxçıvan Muxtar Respublikasında yerləşən mülki hava limanına pilotsuz uçuş aparatı ilə hücum xəbəri hər bir azərbaycanlı kimi məni də ciddi şəkildə narahat etdi. Azərbaycanın suveren ərazisində yerləşən mülki infrastrukturun hədəfə alınması təkcə bir təhlükəsizlik hadisəsi kimi başa düşülməməli, eyni zamanda regionda məsuliyyətsiz davranışın təhlükəli nəticəsi kimi qiymətləndirilməlidir”.

Paraqraf.com xəbər verir ki, bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov İranın Naxçıvan aeroportuna zərbə endirməsinə münasibət bildirərkən deyib.

Deputat xatırladıb ki, Azərbaycan dövləti uzun illərdir regionda gərginliyin artmaması üçün son dərəcə ölçülü və məsuliyyətli siyasət yürüdür. “Bu siyasətin əsas prinsiplərindən biri də Azərbaycanın hava məkanının başqa dövlətlər tərəfindən üçüncü tərəfə qarşı hərbi məqsədlərlə istifadəsinə yol verilməməsidir. Azərbaycan dəfələrlə göstərib ki, onun ərazisi və hava məkanı heç bir ölkəyə qarşı düşmənçilik platforması kimi istifadə edilə bilməz. Belə bir mövqe nümayiş etdirən dövlətə qarşı mülki obyektlərin hədəfə alınması isə ciddi suallar doğurur. Bu addım regionda onsuz da həssas olan təhlükəsizlik mühitinə xidmət etmir, əksinə, qarşılıqlı etimadı sarsıdır və gərginliyi artırır.

Hesab edirəm ki, İran tərəfi bu məsələ ilə bağlı məsuliyyətli mövqe nümayiş etdirməli, baş verən hadisəyə aydın və əsaslandırılmış izahat verməlidir. Qonşu dövlətlər arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik üzərində qurulmalıdır. Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi isə hər zaman dövlətimiz və cəmiyyətimiz üçün dəyişməz prinsip olaraq qalacaq. Regionda sabitliyin qorunması yalnız məsuliyyətli davranış, dialoq və qarşılıqlı hörmət yolu ilə mümkündür”.

 

Paraqraf.com

Loading

Visited 14 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “İdeal münasibət” illüziyası: Sosial şəbəkələr ailələri doğrudanmı dağıdır? – Psixoloqdan açıqlama
Next: Naxçıvana endirilən zərbə İranın beynəlxalq imicini sarsıldacaq – ŞƏRH

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib 8eca38e4-fd62-39a3-b3f6-6ed55007d571_1200 (1)

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

07 Mart 2026
İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb 2Zi7APeuZq51nv7vAqTUAlceFX0XFX4IVVfqWGDI_1200

İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.