Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 5
  • Azərbaycan qiymətli məhsulların ixracından gəlirlərini 57 %-ə yaxın artırıb

Azərbaycan qiymətli məhsulların ixracından gəlirlərini 57 %-ə yaxın artırıb

admin 05 Mart 2026 2 minutes read
Q8u95yFQBdws7RknHBSXyY7eRGrD0UDL6yl0elUB_1200
PAYLAŞIN:

Bu ilin yanvar ayında Azərbaycan 33 milyon 711 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr ixrac edib.

Paraqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 218 min ABŞ dolları (56,85 %) çoxdur.

Hesabat dövründə qiymətli məhsulların ixracından əldə olunmuş gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 1,5 %-ni təşkil edib.

Ötən ay Azərbaycan həmçinin 4 milyon 795 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr idxal edib.

Bu isə 1 il əvvələ nisbətən 6,9 dəfə azdır.

Ay ərzində qiymətli metalların idxalına çəkilmiş xərclər Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda PUA istehsalı üzrə kadr hazırlığı gücləndirilir
Next: AQTA: Gürcüstan və Türkiyədən gətirilən 73 tondan çox toxumluq kartof məhv edilib

OXŞAR MÖVZULAR

5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026
uq1mnvRDpIBepPFVnrF54lMvkoeNks3Np7DqfBg3_1200

Yaxın Şərqdə münaqişənin daha da güclənməsinə dair narahatlıq fonunda qızıl bahalaşıb

admin 06 Mart 2026
327znnaYXcYUvke7WEyI8k8Az6oclb96TdP8aHPV_1200

Azərbaycan nefti 6 dollara yaxın bahalaşıb

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb 5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

07 Mart 2026
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.