Təhsil işçiləri üçün nəzərdə tutulan TəhsilPlus kartının təqdim olunma mərasimi təşkil edilib.
Tədbirdə çıxış edənlər layihənin əsas məqsədinin təhsil sahəsində çalışan əməkdaşların sosial rifahının yaxşılaşdırılması, onlara müxtəlif güzəşt və imtiyazların təqdim edilməsi olduğunu bildiriblər. Qeyd olunub ki, TəhsilPlus kartı vasitəsilə müəllimlər və digər təhsil işçiləri bir sıra xidmət və məhsullardan xüsusi endirimlərlə yararlana biləcəklər.
Mərasimdə kartın funksiyaları, üstünlükləri və istifadə qaydaları barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda bir qrup təhsil işçisinə TəhsilPlus kartı təqdim edilib.


Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
