Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 2
  • Prezident dövlət maliyyəsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılmasını təsdiqləyib

Prezident dövlət maliyyəsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılmasını təsdiqləyib

admin 02 Mart 2026 5 minutes read
YJc58bKrnaPriu2aIqkVmQtkPurjxP2RTtYBMvbp_1200
PAYLAŞIN:

Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Paraqraf.com xəbər verir ki, yenilik dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, dövlət başçısının “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2025-ci il tarixli fərmanında Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması müəyyənləşdirilib.

Həmin Fərmanla dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi, həmçinin dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasının təşkil edilməsi barədə tapşırıqlar müəyyən edilib.

Qeyd olunanlardan irəli gələrək müvafiq qanun layihəsi hazırlanıb. Belə ki, “Büdcə sistemi haqqında” qanuna edilmiş dəyişikliyə əsasən həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Büdcə prosesi çərçivəsində sənəd dövriyyəsinin elektronlaşdırılması sözügedən sahədə inzibatçılığın azaldılmasına, müvafiq dövlət orqanının iş yükünün optimallaşmasına, büdcənin tərtibi və icrası prosesinin çevikliyinin artırılmasına xidmət edəcək.

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən “Mühasibat uçotu haqqında” qanuna müvafiq dəyişiklik edilib və “e-mühasibat” informasiya sistemi ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunub.

Hazırda “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulursa, təklif olunan qanun layihəsinə əsasən informasiya sisteminin funksionallığı artırılaraq mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının (birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin özündə həyata keçirilməsi təmin ediləcək.

“Dövlət satınalmaları haqqında” qanuna edilmiş dəyişikliyə əsasən isə satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin (“Dövlət satınalmaları haqqında” qanununun şamil edildiyi satınalmalara dair müqavilələrin, habelə həmin Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində göstərilən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin) elektron qaydada –“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılması, həmçinin bu proseslə bağlı bir sıra məsələlərin (aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyən olunması, tələb olunan məlumatları informasiya sisteminin portala ötürməsi və s.) tənzimlənməsi təmin ediləcək.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Çin Hörmüz boğazında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb
Next: Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb

OXŞAR MÖVZULAR

5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026
uq1mnvRDpIBepPFVnrF54lMvkoeNks3Np7DqfBg3_1200

Yaxın Şərqdə münaqişənin daha da güclənməsinə dair narahatlıq fonunda qızıl bahalaşıb

admin 06 Mart 2026
327znnaYXcYUvke7WEyI8k8Az6oclb96TdP8aHPV_1200

Azərbaycan nefti 6 dollara yaxın bahalaşıb

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb 5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

07 Mart 2026
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.