Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 23
  • XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

admin 23 Fevral 2026 3 minutes read
9fbWDSln98LKW5WKSe35Gcahdin0jLT1cEZ7PQDp_1200
PAYLAŞIN:

İtaliyanın Milan və Kortina-d`Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunları başa çatıb.

Paraqraf.com-un məlumatına görə, olimpiadanın bağlanış mərasimi Bakı fevralın 22-də, Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Tədbir İtaliyanın rəmzlərindən sayılan Verona Arenasında (“Verona Olympic Arena”) keçirilib.

“Filmmaster” tərəfindən hazırlanan və “Grand Finale” (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirib. Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunub və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibinə – Fransaya ötürülüb.

Bağlanış mərasimindəki paradda Azərbaycan bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıblar.

Fevralın 10-da Vladimir Litvintsev Milan şəhərində yerləşən “Mediolanum Forum” arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətlənidirilib və bu nəticə ilə o ilk “24-lük”ə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.

Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Kortina-d1Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı xizəkçi 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da idmançımız iki cəhdin yekunlarına əsasən, 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarını 51-ci yerdə başa vurub.

Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi 41 (18 qızıl, 12 gümüş, 11 bürünc) mükafat qazanıb. ABŞ (12 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü, İtaliya (10 qızıl, 6 gümüş, 14 bürünc) dördüncü olub.

Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edib. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparıb.

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
Next: Həndbol üzrə Azərbaycan çempinatında VIII turun oyunları keçirilib

OXŞAR MÖVZULAR

WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

admin 07 Mart 2026
0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

admin 06 Mart 2026
qjGRdBR0IqW7Xuh9aNTV5t73Zp4heWZ89zB0LAjt_1200

Azərbaycan çempionatlarında fevralın ən yaxşı qol müəllifləri açıqlanıb

admin 06 Mart 2026

XƏBƏR LENTİ

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib 8eca38e4-fd62-39a3-b3f6-6ed55007d571_1200 (1)

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.