Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 22
  • Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal qazandılar

Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal qazandılar

admin 22 Fevral 2026 2 minutes read
3c95b196ef180ea85d1bfe111b419b77
PAYLAŞIN:

“Azercell”in dəstəyi ilə şagirdlər “Info1Cup” proqramlaşdırma müsabiqəsinə qatılıblar.

Paraqraf.com xəbər verir ki, 7-8 fevral tarixlərində Rumıniyada 10-cu “Info1Cup” proqramlaşdırma müsabiqəsi keçirilib.

16 ölkədən 189 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı beynəlxalq müsabiqəyə Azərbaycan məktəbliləri onlayn formatda qoşulublar. Şagirdlər müsabiqədə yüksək nəticə göstərərək 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal əldə ediblər.

Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə müsabiqədə qızıl medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Ömər Əliməmmədzadə, eləcə də Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Elay Verdiyev və Əkbər Əhmədov gümüş medala layiq görülüblər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Atilla Mustafa və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Mərd Cəfərzadə isə müsabiqəni bürünc medalla başa vurublar.

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq fənn olimpiadalarına və proqramlaşdırma müsabiqələrinə hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində ölkənin müxtəlif bölgə və paytaxt məktəblərini təmsil edən şagirdlər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma yarışlarında ümumilikdə 114 medal qazanıblar.

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Dərya Group tərəfindən “Təhsildə İnkişaf Forumu” keçirilib – FOTOLAR
Next: Naxçıvanda XI siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb 5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

07 Mart 2026
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.