Ukrayna müharibəsinin taleyini dəyişəcək gizli razılaşmanın detalları ifşa olundu! Almaniyanın nüfuzlu “Welt” nəşrinin yaydığı məlumata görə, rəsmi Kiyevə ərazi güzəştləri müqabilində Avropa İttifaqına sürətləndirilmiş üzvlük təklif oluna bilər.
Donbası ver, Aİ-yə daxil ol!
Paraqraf.com xəbər verir ki, Brüsseldəki diplomatik mənbələrin bildirdiyinə görə, vasitəçi rolunda çıxış edən ABŞ aşağıdakı sxemi irəli sürür: Kiyev təbii ehtiyatlarla zəngin olan Donbasın böyük bir hissəsini Rusiyaya güzəştə gedir, bunun əvəzində isə dərhal Aİ üzvlüyü və möhkəm təhlükəsizlik təminatı alır.
Məqalədə qeyd olunur ki, Donald Tramp Kiyevə ciddi təzyiq göstərərək məsələnin ABŞ-ın 250 illik yubileyinə – 4 iyula qədər həll olunmasını tələb edir. Bu addım Trampın Konqresə keçiriləcək seçkilər ərəfəsində özünü “dünyanın xilaskarı və sülhməramlı” kimi təqdim etmək planının bir hissəsidir.
Hərçənd avropalılar bu gizli danışıqlarda birbaşa iştirak etmirlər, lakin mümkün sülh müqaviləsini pozmamaq üçün Ukraynanın Aİ-yə sürətli qəbulu ilə razılaşmaq məcburiyyətində qala bilərlər. Ekspertlər bu planın Ukraynanın suverenliyi və Avropanın gələcəyi üçün taleyüklü bir dönəm olduğunu vurğulayırlar.
Paraqraf.com
![]()
