Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Politoloq: “Fransa Ermənistan üzərindən Güney Qafqazda mövqelərini gücləndirmək istəyir”
MANŞETSİYASƏT

Politoloq: “Fransa Ermənistan üzərindən Güney Qafqazda mövqelərini gücləndirmək istəyir”

20 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Emmanuel Macronun mayın 4-də Ermənistana iki günlük səfəri planlaşdırılır.

Bu barədə Ermənistanın Fransadakı fəxri konsulu Denis Korkayev məlumat verib.

Səfər çərçivəsində Fransa liderinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi və İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edəcəyi gözlənilir.

Politoloq Oqtay Qasımov “Paraqraf.com”a bildirib ki, Ermənistanla Fransa arasında münasibətlər hər zaman yüksək səviyyədə olub:

Oqtay Qasımov

“Xüsusilə 2020-ci ildən sonra – Makron hakimiyyəti dövründə Fransa Ermənistanda mövqelərini ciddi şəkildə gücləndirib. Tərəflər arasında münasibətlər inkişaf edir və müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Bu baxımdan, Makronun növbəti səfərinə təəccüblə yanaşmağa əsas yoxdur. Bu ilin may ayında Ermənistanda Avropa Siyasi Toplantısının iclası keçiriləcək. Makron və Avropa İttifaqına üzv ölkələrin əksəriyyətinin də həmin tədbirdə iştirakı gözlənilir”.

Politoloq qeyd edib ki, Makronun Ermənistana səfərinin iki əsas səbəbi var:

“Birincisi, bu səfərlə Ermənistan–Fransa münasibətlərinin səviyyəsinin daha da yüksəldilməsi nəzərdə tutulur.
İkincisi, Fransa təsir imkanlarını artırmaq və Ermənistan üzərindən Güney Qafqazda mövqelərini gücləndirmək istəyir.

Digər səbəb isə Makronun Ermənistanda keçiriləcək Avropa Siyasi Toplantısında iştirak etmək niyyətidir. Fransa və Avropa İttifaqı Paşinyan hakimiyyətini dəstəkləyir. Seçki ərəfəsində belə bir tədbirin Ermənistanda keçirilməsi hakimiyyətə siyasi mesaj xarakteri daşıyır. Bu baxımdan, bu münasibətlər ənənəvi xarakter daşıyır. Ermənistan Fransanı özünə ən yaxın dövlət və tərəfdaş hesab edir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

Next

Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR – Yeni qaydalar qüvvəyə mindi

Copyright 2026— Praqraf.com. All rights reserved