Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 19
  • YouTube-un ilk videosu Londondakı muzeyin kolleksiyasına daxil edildi

YouTube-un ilk videosu Londondakı muzeyin kolleksiyasına daxil edildi

admin 19 Fevral 2026 2 minutes read
wm1g7Qn1N34UKa3LGRUSsmaadC51g2YaP6osuJ5j
PAYLAŞIN:

Londonda yerləşən “Victoria and Albert Museum” (V&A) YouTube platformasına yüklənən ilk videonu kolleksiyasına daxil edib. Söhbət platformanın həmtəsisçisi Cevid Karim tərəfindən 23 aprel 2005-ci ildə paylaşılan “Me at the zoo” adlı 19 saniyəlik videodan gedir.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, San-Dieqo zooparkında fillərin fonunda çəkilən görüntülər bu günədək 382 milyondan çox baxış və 18 milyondan artıq bəyənmə toplayıb.

Muzeyin rəqəmsal mühafizə komandası həmçinin 8 dekabr 2006-cı il tarixli YouTube səhifəsinin dizaynını və istifadəçi təcrübəsini yenidən qurub. Bu proses 18 ay davam edib və platformanın istifadəçi təcrübəsi komandası, eləcə də London mərkəzli dizayn studiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

V&A nümayəndələri bildiriblər ki, bu addım internet və rəqəmsal dizayn tarixində mühüm mərhələ hesab olunan bir anın qorunmasına xidmət edir. YouTube rəhbərliyi isə layihənin qlobal mədəni fenomenin başlanğıcını nümayiş etdirdiyini vurğulayıb.

Eksponat hazırda V&A South Kensington-da yerləşən “Design 1900-Now” qalereyasında ziyarətçilərə təqdim olunur. Yenidənqurma prosesi ilə bağlı əlavə materiallar isə Stratforddakı V&A East Storehouse-da nümayiş etdiriləcək.

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qubada külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Next: Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbs edildi

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.