Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu bu gün keçiriləcək.
Paraqraf.com-un məlumatına görə, günün yeganə matçında “Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq.
Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək.
“Naxçıvan” B qrupunda 28 xalla ikinci, “gənclik şəhəri” təmsilçisi 22 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün “Sərhədçi” səfərdə “Lənkəran”ı məğlub edib – 83:69.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
