İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.
Paraqraf.com-un məlumatına görə, körlinq, sərbəst üslubda xizək sürmə, dağ xizəyi, xokkey, xizək yürüşü, buz xizəyi, sürətli konkisürmə, xizəklə tramplindən tullanma, snoubord üzrə mübarizə baş tutacaq.
Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Paraqraf.com
![]()
