Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 6
  • Azərbaycanın “Avroviziya 2026″ya təmsilçi seçiminin final mərhələsinə 3 iştirakçı keçib

Azərbaycanın “Avroviziya 2026″ya təmsilçi seçiminin final mərhələsinə 3 iştirakçı keçib

admin 06 Fevral 2026 2 minutes read
Jacg8nOpqSvhRNRnb8kn3PP1X5VGifrxch5v934q_825
PAYLAŞIN:

Azərbaycanın “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün namizəd seçimi prosesi plan üzrə davam edir.

Paraqraf.com xəbər verir ki, bu müddət ərzində ifaçılar və müəlliflər müsabiqədə iştirak üçün yüksək maraq nümayiş etdirib.

Belə ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib ki, bu da mahnıların təxminən 57,5 faizinin yerli, 42,5 faizinin isə beynəlxalq iştirakçılar tərəfindən göndərildiyini göstərir.

İlkin qiymətləndirmə mərhələsində təqdim olunmuş müraciətlər peşəkar heyət tərəfindən ətraflı şəkildə təhlil olunub və növbəti mərhələyə 18 namizəd dəvət edilib.

Dəvət olunmuş iştirakçılar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil olunub. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı, beynəlxalq auditoriya üçün potensialı və Avroviziya formatına uyğunluğu həm peşəkar seçim komissiyası, həm də xüsusi formalaşdırılmış fokus qrupu tərəfindən qiymətləndirilib.

Aparılan qiymətləndirmələrin nəticəsi olaraq, hazırda müsabiqənin növbəti mərhələsi üçün üç namizəddən ibarət qısa siyahı (short list) formalaşdırılıb. Seçim prosesi davam edir və yekun qərar əlavə yaradıcı və strateji müzakirələrdən sonra elan olunacaq.

Azərbaycan nümayəndə heyəti müsabiqədə ölkəni ən yüksək səviyyədə təmsil edəcək ifaçının və kompozisiyanın müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, “Avroviziya 2026” Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Müsabiqənin birinci yarımfinalı mayın 12-də, ikinci yarımfinalı mayın 14-də, böyük final isə mayın 16-da baş tutacaq.

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Batut gimnastikası və tamblinq üzrə Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq ölkələr müəyyənləşib
Next: Mikelancelonun eskizi 27,2 milyon dollara satılıb

OXŞAR MÖVZULAR

036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026
6YaUbFzLgGoZ778K1YGmXA7XSpP866Dj4M7yhypk_1200

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

admin 02 Mart 2026
WhatsApp Image 2026-02-27 at 11.22.02

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

admin 27 Fevral 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.