Türkiyənin Antalya şəhərində növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.
Paraqraf.com “Hürriyyet”ə istinadən xəbər verir ki, 6 nəfərin ölümü ilə nəticələnən hadisə Antalya-İsparta magistralında qeydə alınıb.
İlkin məlumata görə, ağır qəza zamanı daha 6 nəfər yaralanıb.
Xatırladaq ki, səhər saatlarında da eyni şəhərdə 8 nəfərin ölümü, 26-sının yaralanması ilə nəticələnən ağır yol qəzası olmuşdu.
Paraqraf.com
![]()
Visited 9 times, 1 visit(s) today
