Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 1
  • Əfqanıstanda yeni Cinayət Məcəlləsi ilə bağlı cəza siyahısı yayılıb

Əfqanıstanda yeni Cinayət Məcəlləsi ilə bağlı cəza siyahısı yayılıb

admin 01 Fevral 2026 2 minutes read
IMG-20260201-WA0024
PAYLAŞIN:

Sosial şəbəkələrdə Əfqanıstanda tətbiq edildiyi iddia olunan yeni Cinayət Məcəlləsinə dair cəza siyahısı yayılıb. Paylaşılan məlumatlara görə, sənəddə bir sıra əməllər üçün sərt cəzalar nəzərdə tutulur.

İddialara əsasən, heyvanları bir-biri ilə döyüşdürməyə məcbur edən şəxslər 5 ay müddətinə azadlıqdan məhrum edilə bilər. Silah qaçaqçılığına görə 1 il həbs cəzası nəzərdə tutulur. Eyni cinsli münasibətlərə görə ilk dəfə 2 il həbs, təkrar halında isə ölüm cəzası tətbiq oluna bilər.

Paraqraf.com xəbər verir ki, iddialara əsasən siyahıda həmçinin yalan şahidlik edənlər üçün 40 şallaq, rüşvət verən və alan şəxslər üçün 2 il həbs, rüşvətə vasitəçilik edənlər üçün isə 6 ay həbs cəzası yer alır. Narkotik maddələrin satışı 5 il, adam qaçırma isə 10 il həbs ilə cəzalandırıla bilər.

İddialara görə, oruc tutmayanlara 20 şallaq və 2 ay həbs, müsəlmanlara qarşı hörmətsizlik edənlərə 40 şallaq, döymə edənlərə 15 gün həbs cəzası tətbiq olunur. Müəllimin tələbəni döyməsi vəzifədən uzaqlaşdırma ilə nəticələnə bilər.

Peyğəmbərə (s.a.v.) hörmətsizlik edən şəxslərin tövbə etmədiyi halda ölüm cəzası ilə üzləşə biləcəyi də qeyd olunur. Qumar oynamaq, rəqs etmək və ya izləmək, qeyri-məhrəm şəxslərə toxunmaq kimi əməllər üçün də müxtəlif müddətli həbs cəzaları göstərilir.

Qeyd edək ki, yayılan bu siyahı ilə bağlı Əfqanıstanın rəsmi qurumları tərəfindən hələlik təsdiqlənmiş açıqlama verilməyib.

Paraqraf.com 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Misir İran və ABŞ-ni danışıqlar masasına qaytarmağa çalışır
Next: FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.