Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Xarkov istiqamətində gərginlik artır – Rusiya və Ukrayna fərqli açıqlamalar verir
MANŞETSİYASƏT

Xarkov istiqamətində gərginlik artır – Rusiya və Ukrayna fərqli açıqlamalar verir

30 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Xarkov vilayətinin şimal-şərqində Rusiya və Ukrayna qüvvələri arasında döyüşlər səngimir.

Paraqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Kupyansk rus ordusu tərəfindən işğal olunub:”Kupyansk-Uzlovo da ələ keçirilib, lakin bu hələ son deyil. Döyüşlər Oskol çayının hər iki sahilində davam edir. “Qərb” qoşun qruplaşması Dvureçnaya yaxınlığında yerləşən Kutyovka yaşayış məntəqəsini ələ keçirib”.

Rusiya mediasının məlumatına görə, “Qərb” qoşun qruplaşmasının döyüş apardığı Xarkov istiqamətində, son bir sutka ərzində xeyli Ukrayna ordusunun hərbçisi həlak olub.

Ukrayna mediası isə Kupyanskla bağlı bildirir ki, Rusiya qüvvələrinin Kupyanskda “tam nəzarət” iddiası əslində real döyüş şəraiti ilə üst-üstə düşmür — şəhərdə hələ də aktiv döyüşlər gedir və Rusiya qüvvələri çətin vəziyyətdə qalıb, bəzi hissələr məqsədə tam nail ola bilməyib. Bu, Kremlin rəsmi “ələ keçirildi” bəyanatının təhrif olunmuş ola biləcəyi barədə Ukrayna kəşfiyyatı və müstəqil Telegram kanallarında yayılan məlumatla təsdiqlənir.

Ukraynanın milli qvardiyası və digər bölmələri Xarkov vilayətindəki mövqelərdə düşmən hücumlarını dəf etməyə davam edir. Rusiya hücumlarının bir hissəsi uğursuz hesab edilir və Ukrayna qüvvələri qarşı tərəfə ağır zərbələr vurub.

Xarkov vilayətində son günlərdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu nəticəsində sərnişin qatarına zərbə endirilib və bununla bağlı Ukrayna prokurorluğu beş mülki şəxsin həlak olduğunu təsdiqləyib. Bu hücum Ukrayna mənbələri tərəfindən mülki hədəflərə qarşı terror aktı kimi qiymətləndirilir.

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan suveren investorlar arasında effektivliyi ilə seçilir – Məşhur nəşrdən ÖNƏMLİ YAZI

Next

Bakı Moskvanın bu istəyinə “YOX” dedi – Geosiyasi MESAJ

Copyright 2026— Praqraf.com. All rights reserved