Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Bakı Moskvanın bu istəyinə “YOX” dedi – Geosiyasi MESAJ

Bakı Moskvanın bu istəyinə “YOX” dedi – Geosiyasi MESAJ

admin 30 Yanvar 2026 5 minutes read
c10d0a6b7d1e6979c3521ed98c073641
PAYLAŞIN:

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib. Bununla bağlı təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb.

Vəkil Cavad Cavadlı bildirib ki, yanvarın 27-də keçirilən proseslərdə dəstə üzvlərinin hər biri barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vəkil müdafiə etdiyi Rusiya vətəndaşı ilə bağlı qərardan apelyasiya şikayəti verəcəyini də deyib.

Xatırladaq ki, həmin şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Tutulanlar İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqda ittiham olunublar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılmışdı.

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadıldı

Bunu da yada salaq ki, Rusiya tərəfi xarici işlər nazirinin müavinləri (Mixali Qaluzin, Sergey Ryabkov) və XİN sözçüsü Mariya Zaxarova səviyyəsində bir neçə dəfə həmin 11 şəxsi Rusiyaya verməyi xahiş edib. Lakin xahişlər fonunda Rusiyada soydaşlarımıza qarşı təqib kampaniyası səngiməyib…

Bəs həbs müddəti daha nə qədər uzadıla bilər? Rusiyalıları hansı cəza gözləyir? Onların qonşu ölkəyə təhvil verilməsi mümkünmü?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Bakıda saxlanılan Rusiya vətəndaşlarına konkret ittihamlar irəli sürülüb: “Bu qərar göstərdi ki, Azərbaycan artıq regional münasibətlərdə “xahişlər diplomatiyası” dövrünü arxada qoyub. Rusiya tərəfi xarici işlər nazirinin müavinləri Qaluzin və Ryabkov, eləcə də XİN sözçüsü Mariya Zaxarova səviyyəsində bu şəxslərin Rusiyaya təhvil verilməsi məsələsini dəfələrlə qaldırıb. Xüsusən də bu müraciətlərin fonunda Rusiyada azərbaycanlı iş adamlarına qarşı selektiv yoxlamaların, miqrantlara qarşı təzyiqlərin, hüquq-mühafizə orqanlarının nümayişkaranə reydlərinin davam etməsi Moskvanın paralel təzyiq alətləri işə saldığını açıq göstərir. Bakı isə bu oyunun qaydasını dəyişib”.

Çingiz Qənizadə Azərbaycanda məhkəmələrə inamsız münasibətin səbəblərini açıqladı

Hüquqşünas deyib ki, baş vermiş cinayəti araşdırmaq üçün çox geniş imkanlar var: “İrandan keçən narkotik tranziti, beynəlxalq maliyyə şəbəkələri və kiberdələduzluq elementləri olan cinayət işi klassik daxili cinayət yox, transmilli təhlükəsizlik məsələsi sayılır. Bu isə o deməkdir ki, həbs müddəti 18 aya qədər uzadıla bilər. Şəxslərin istintaq bitənədək ölkədən çıxarılması hüquqi cəhətdən məqsədəuyğun deyil. Ekstradisiya məsələsinə isə yalnız yekun məhkəmə hökmündən sonra və yalnız Azərbaycanın maraqları nəzərə alınmaqla müzakirə oluna bilər. Yəni, Moskvanın “indi verin” tələbi hüquqi baxımdan boşdur. İttihamlar təsdiqlənərsə, bu şəxsləri uzunmüddətli azadlıqdan məhrumetmə, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsi, beynəlxalq cinayətkar statusu gözləyir. Bu presedent sabah başqa ölkələr üçün də nümunəyə çevrilə bilər”.

Çingiz Qənizadənin sözlərinə görə, burada məsələ təkcə hüquq deyil: “Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib, regional enerji təhlükəsizliyində açar aktora çevrilib. Qərb-Rusiya-İran balansında öz mövqeyini gücləndirib. Belə bir mərhələdə bizim üçün strateji tərəfdaşlıq hüquqi güzəşt demək deyil. Bu yanaşma faktiki olaraq Moskvaya ünvanlanmış mesajdır. Bakı artıq “kiçik tərəfdaş psixologiyası” ilə davranmır. Azərbaycan göstərdi ki, regionda qaydalara əməl edən yox, qaydanı müəyyən edən aktorlardan biridir”.(musavat.com)

E.MƏMMƏDƏLİYEV

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Xarkov istiqamətində gərginlik artır – Rusiya və Ukrayna fərqli açıqlamalar verir
Next: 73 nəfər futboldan ömürlük UZAQLAŞDIRILDI

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.