Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 25
  • Senator: Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub

Senator: Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub

admin 25 Yanvar 2026 3 minutes read
lGrDFyDfkLbU6SXM3vraSYTanZBaKW7F7THUsfPM_825
PAYLAŞIN:

Azərbaycan 22-25 yanvar tarixlərində Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən Rumıniya, Moldova, Ukrayna və Albaniya hüquq parlament komissiyalarının İllik Üçüncü Forumunda xüsusi qonaq qismində iştirak edib.

Paraqraf.com xəbər verir ki, “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi” mövzusuna həsr olunmuş tədbir çərçivəsində 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Azərbaycan memarlığına həsr edilmiş foto­sərgi təşkil olunub.

Tədbirdə adıçəkilən ölkələrin parlamentlərinin deputatları və senatorları, Rumıniyanın Prokurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditə olan diplomatik korpusun nümayəndələri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edib.

Sərgilənən şəkillərdə Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin şəhər mühitinin və memarlıq mənzərəsinin dinamik inkişafı, müasir urbanistik transformasiyaların nümunələri əks olunub. Eyni zamanda, sərgilənən fotolarda Azərbaycanda mövcud olan mina probleminə diqqət yetirilib.

Sərginin açılışında çıxış edən səfir Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasında münasibətlərdən söz açıb, iki ölkə arasında həyata keçirilən layihələr, nəzərdə tutulan qarşılıqlı səfərlər və tədbirlər barədə danışıb. Səfir bu ilin may ayında BMT-in Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçiriləcəyini söyləyərək ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin regionda əməkdaşlığın möhkəmləndirilməsində və ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə diqqət çəkərək 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər nəticəsində regionda formalaşmış sülh və sabitliyin beynəlxalq əhəmiyyətli logistika və nəqliyyat layihələrinin reallaşdırılması üçün əlverişli və etibarlı şərait yaratdığını qeyd edib.

Sərginin açılışında rumıniyalı senator, iqtidardakı Milli Liberal Partiyasının parlament fraksiyasının sədrinin müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş çıxış edib. O, Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında qurulan münasibətlərə toxunaraq, ötən ilin avqust ayında Azərbaycana, xüsusilə Qarabağ bölgəsində Xankəndi və Şuşa şəhərlərinə həyata keçirdiyi səfəri xatırlayıb. Senator Qarabağda şahidi olduğu genişmiqyaslı tikinti-quruculuq işlərindən, bölgədə aparılan hərtərəfli inkişaf prosesindən bəhs edib, Azərbaycanın regionda beynəlxalq logistika və nəqliyyat layihələri çərçivəsində aparıcı rolunu xüsusi vurğulayıb.

Paraqraf.com 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanla Gürcüstan arasında hüquq sahəsində əməkdaşlıq müzakirə edilib
Next: Bəzi rayonlarda yollar buz bağlayacaq

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.