Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 23
  • Beynəlxalq məhkəmə Karapetyanın ailəsinin tələblərini rədd edib

Beynəlxalq məhkəmə Karapetyanın ailəsinin tələblərini rədd edib

admin 23 Yanvar 2026 2 minutes read
XJ77hDYavhMH1cvEaPGO6Pqt61OJGkW0Tjc1W5Hx_825
PAYLAŞIN:

Stokholm arbitraj tribunalı “Ermənistan Elektrik Şəbəkələri” QSC ilə bağlı işi üzrə ev dustaqlığında olan iş adamı Samvel Karapetyanın ailəsinin irəli sürdüyü tələbləri tamamilə rədd edib.

Paraqraf.com-un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.

Qeyd olunub ki, məhkəmə onların tələb etdiyi təminat tədbirlərinin əsassız olduğu qənaətinə gəlib.

“Stokholm arbitraj tribunalı 2025-ci il dekabrın 24-də “Liormand Holdings Limited”, Samvel Karapetyan, Eteri Karapetyan, Sarkis Karapetyan və Karen Karapetyanın təqdim etdiyi ərizəni tamamilə rədd edib”, – məlumatda bildirilib.

Ərizə çərçivəsində, digər tələblərlə yanaşı, Arbitraj Tribunalından “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin lisenziyasını və onun idarəetmə orqanları üzvlərinin səlahiyyətlərini bərpa etmək, həmçinin təyin edilmiş müvəqqəti idarəedicinin səlahiyyətlərinə xitam vermək tələb edilib.

Bundan əlavə, tribunaldan “Ermənistan Elektrik Şəbəkələri”nin səhmlərinin və ya digər aktivlərinin məcburi satışını, özgəninkiləşdirilməsini və ya başqa şəkildə sərəncam verilməsini qadağan etməsi istənilirdi.

Arbitraj tribunalı həmçinin qərara alıb ki, bu ərizənin baxılması ilə bağlı bütün xərclər tam olaraq iddiaçıların üzərinə düşür.

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Britaniya və Danimarka liderləri: Arktikada təhlükəsizliyin təmin edilməsi NATO-nun vəzifəsi olmalıdır
Next: Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.