Hər il yanvarın 20-də Azərbaycan xalqı 1990-cı ilin qanlı tarixi 20 Yanvar faciəsini yad edir. Bu tarix, müstəqilliyə gedən yolda xalqımızın əzm və dözümünün, həmçinin qəhrəmanlıq və vətənpərvərlik ruhunun simvoludur.
Xalq şairi, publisist və Azərbaycan ədəbiyyatının tanınmış siması Vahid Əziz Paraqraf.com-a verdiyi açıqlamada həmin faciəni xatırlayaraq xalqımızın bu müsibətlər qarşısında göstərdiyi misilsiz iradəni və qəhrəmanlığı qeyd edib. O, həmçinin Xocalı soyqırımı, digər faciələr və “Qanlı Bayram” metaforası ilə Azərbaycan xalqının həm matəm, həm də qələbə ruhunu ifadə edib:

“Azərbaycan xalqı hələ uzun müddətdir ki, başına gəlmədiyi müsibətlər qalmayıb. Bunlardan biri də 20 Yanvar faciəsi olub. Amma bütün bunlara rəğmən, xalqımız heç vaxt düşmənə boyun əyməyib. Ümumiyyətlə, bizim xalqımız şair ruhlu xalqdı — qırıldıqca yenidən cücərir, ümidini itirmir və hər zaman gələcəyə doğru irəliləyir.
Bütün müsibətlərdən sonra, xalqımız Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyi bacardı. Bu, xalqımızın həm iradəsinin, həm də ordusunun gücünü göstərdi. Tarixdə deyildiyi kimi, Napaleon Bonapart bir dəfə:
“Öz ordusunu yedirdə bilməyən xalq başqa orduları yedirməyə məhkumdur” — sözlərini söyləmişdi. Lakin Azərbaycan xalqı sübut etdi ki, o, öz ordusunu yedirməyə qadirdir və buna görə də ordumuz qalib gəldi.
Bu müsibətlərin sırasında yalnız 20 Yanvar yox, həmçinin Xocalı soyqırımı, 25 dekabr 2024-cü ildə təyyarə qəzası və digər faciələr də xalqımızı sınadı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı bir daha göstərdi ki, tarix boyunca yaşanan ağrılar onu əzməyib, əksinə daha da möhkəmləndirib”.
Vahid Əziz “Qanlı Bayram”ı da belə təsvir edir:
Şəhidlər Xiyabanı qərənfillər içində –
kimlərin ad günüdü, bu kimin bayramıdı?
Matəm heyrətə gəlir izdihamlar keçəndə –
adı «Qara» olsa da, millətin bayramıdı!Dumanlı ümman kimi, insanlar dalğalanır,
öldüyünü unudub şəhidlər də şadlanır,
qələbənin marşını qəhrəmanlar yaradır,
milləti birləşdirən matəmin bayramıdı!Cəfakeş Vətənimin «İyirmi yanvarı» gerçək
kipriklərdə damlalar düzülür sırsıratək,
şəhidlik zirvəsində qızıyla fəxr edərək
oğluyla qürur duyan
nənənin bayramıdı,
babanın bayramıdı,
dədənin bayramıdı!Şəhərlə kənd qarışıb, izdihamda hamı var,
bu yurdda hər bir kəsin bir «Qara bayramı» var,
qatillər unutmasın – ruhun da qiyamı var,
“İyirmi Yanvar” dözümü bitənin bayramıdı.Xalq yaşayar, Vətəni həyat kimi sevilsə,
qüdrətiylə əsarət, cəhalət devrilirsə,
dünənki dəcəl uşaq igidə çevrilirsə –
hicran deyil, sevilib-sevənin bayramıdı.Qərənfil çöldən qaçıb mərmərdə solmaq üçün,
mərdliyin, igidliyin ətrini almaq üçün,
«Qanlı Yanvar» dünyada əbədi qalmaq üçün,
ölümə güc gələrək gedənin bayramıdı,
başını uca tutsun – Vətənin bayramıdı…
Həsən Təbriz
Paraqraf.com
![]()
