Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Vahid Əziz: “20 Yanvar xalqın sarsılmaz ruhunu göstərdi”
CƏMİYYƏTMANŞET

Vahid Əziz: “20 Yanvar xalqın sarsılmaz ruhunu göstərdi”

20 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Hər il yanvarın 20-də Azərbaycan xalqı 1990-cı ilin qanlı tarixi 20 Yanvar faciəsini yad edir. Bu tarix, müstəqilliyə gedən yolda xalqımızın əzm və dözümünün, həmçinin qəhrəmanlıq və vətənpərvərlik ruhunun simvoludur.

Xalq şairi, publisist və Azərbaycan ədəbiyyatının tanınmış siması Vahid Əziz  Paraqraf.com-a verdiyi açıqlamada həmin faciəni xatırlayaraq xalqımızın bu müsibətlər qarşısında göstərdiyi misilsiz iradəni və qəhrəmanlığı qeyd edib. O, həmçinin Xocalı soyqırımı, digər faciələr və “Qanlı Bayram” metaforası ilə Azərbaycan xalqının həm matəm, həm də qələbə ruhunu ifadə edib:

Prezidentin "Şərəf" ordeni verdiyi Vahid Əziz kimdir? - DOSYE

“Azərbaycan xalqı hələ uzun müddətdir ki, başına gəlmədiyi müsibətlər qalmayıb. Bunlardan biri də 20 Yanvar faciəsi olub. Amma bütün bunlara rəğmən, xalqımız heç vaxt düşmənə boyun əyməyib. Ümumiyyətlə, bizim xalqımız şair ruhlu xalqdı — qırıldıqca yenidən cücərir, ümidini itirmir və hər zaman gələcəyə doğru irəliləyir.

Bütün müsibətlərdən sonra, xalqımız Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyi bacardı. Bu, xalqımızın həm iradəsinin, həm də ordusunun gücünü göstərdi. Tarixdə deyildiyi kimi, Napaleon Bonapart bir dəfə:
“Öz ordusunu yedirdə bilməyən xalq başqa orduları yedirməyə məhkumdur” — sözlərini söyləmişdi. Lakin Azərbaycan xalqı sübut etdi ki, o, öz ordusunu yedirməyə qadirdir və buna görə də ordumuz qalib gəldi.

Bu müsibətlərin sırasında yalnız 20 Yanvar yox, həmçinin Xocalı soyqırımı, 25 dekabr 2024-cü ildə təyyarə qəzası və digər faciələr də xalqımızı sınadı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı bir daha göstərdi ki, tarix boyunca yaşanan ağrılar onu əzməyib, əksinə daha da möhkəmləndirib”.

Vahid Əziz “Qanlı Bayram”ı da belə təsvir edir:

Şəhidlər Xiyabanı qərənfillər içində –
kimlərin ad günüdü, bu kimin bayramıdı?
Matəm heyrətə gəlir izdihamlar keçəndə –
adı «Qara» olsa da, millətin bayramıdı!

Dumanlı ümman kimi, insanlar dalğalanır,
öldüyünü unudub şəhidlər də şadlanır,
qələbənin marşını qəhrəmanlar yaradır,
milləti birləşdirən matəmin bayramıdı!

Cəfakeş Vətənimin «İyirmi yanvarı» gerçək
kipriklərdə damlalar düzülür sırsıratək,
şəhidlik zirvəsində qızıyla fəxr edərək
oğluyla qürur duyan
nənənin bayramıdı,
babanın bayramıdı,
dədənin bayramıdı!

Şəhərlə kənd qarışıb, izdihamda hamı var,
bu yurdda hər bir kəsin bir «Qara bayramı» var,
qatillər unutmasın – ruhun da qiyamı var,
“İyirmi Yanvar” dözümü bitənin bayramıdı.

Xalq yaşayar, Vətəni həyat kimi sevilsə,
qüdrətiylə əsarət, cəhalət devrilirsə,
dünənki dəcəl uşaq igidə çevrilirsə –
hicran deyil, sevilib-sevənin bayramıdı.

Qərənfil çöldən qaçıb mərmərdə solmaq üçün,
mərdliyin, igidliyin ətrini almaq üçün,
«Qanlı Yanvar» dünyada əbədi qalmaq üçün,
ölümə güc gələrək gedənin bayramıdı,
başını uca tutsun – Vətənin bayramıdı…

Həsən Təbriz

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qazaxıstan Konstitusiyasının mətnində düzəliş tələb edən səhvlər var”

Next

Sumqayıt İcra Hakimiyyətinin binası yanında küçə alveri – İllərdir yol və səki zəbt edilib – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved