Yanvarın 21-də “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş saatı uzadılacaq.
Paraqraf.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, bütün stansiyalar yanvarın 22-nə keçən gecə saat 01:00-a qədər açıq olacaq, “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət təmin ediləcək.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
