Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 17
  • Rizvan Nəbiyev: “Zəngəzur dəhlizinin qarşısının alınması ABŞ-la üz-üzə gəlmək riski yaradır”

Rizvan Nəbiyev: “Zəngəzur dəhlizinin qarşısının alınması ABŞ-la üz-üzə gəlmək riski yaradır”

admin 17 Yanvar 2026 10 minutes read
1768550422075-xv7rbp1ll7
PAYLAŞIN:

ABŞ-nin dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqton görüşündə Zəngəzur dəhlizi – Sülh və Rifah Naminə Tramp Marşrutunun (TRİPP) reallaşdırılması ilə əlaqədar növbəti anlaşma əldə olundu və irəliyə doğru daha bir addım atıldı.

Paraqraf.com xəbər verir ki, Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev sözügedən anlaşmanın detalları barədə Musavat.com-un suallarını cavablandırıb.

– Rizvan bəy, Vaşinqtonda ABŞ və Ermənistandiplomatlarının anlaşmasını necə dəyərləndirirsiniz?

– Zəngəzur dəhlizinin – Sülh və Rifah Naminə Tramp Marşrutunun (TRİPP) reallaşdırılması yolunda ikinci Vaşinqton razılaşması mühüm əhəmiyyət daşıyır. Belə ki, 2026-cı il yanvarın 13-də Rubio – Mirzoyan görüşündən sonra bəyan olunan TRIPP çərçivə sənədi 2025-ci il avqustun 8-də dövlət başçıları səviyyəsində imzalanan Birgə Bəyannamədən sonra ikinci Vaşinqton razılaşması kimi də xarakterizə oluna bilər. Sənədin girişində 8 avqust Birgə Bəyannaməsinə istinadla bildirilir ki, “Bu sənəd Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsi üzrə çərçivəni müəyyən edir”. Dövlət katibi Rubio vurğuladı ki, Tramp administrasiyası artıq TRİPP razılaşmasının “icrası üzərində işləməyə” başlayacaq.

Qeyd etdi ki, “Bu, Ermənistan, Birləşmiş Ştatlar, prosesdə iştirak edən hər kəs üçün də çox faydalı olacaq”. Çərçivə sənədinin təhlili göstərir ki, TRİPP bağlantı layihəsinin icrası ilə bağlı prosedur, mexanizm, pay bölgüsü, tərəflərin öhdəlikləri və s. məsələləri özündə ehtiva edir. Sənəd Tərəf Dövlətlər arasında beynəlxalq müqavilə təşkil etmir, bu səbəbdən də “ABŞ və ya Ermənistan üzərinə heç bir hüquqi öhdəlik və ya məsuliyyət qoymur və qoymaq niyyətində də deyildir”. 8 avqust Vaşinqton Birgə Bəyannaməsində təsbit olunan Tramp marşrutunun üç ölçüdə əhəmiyyəti – ölkədaxili, ikitərəfli və beynəlxalq bağlantının təmini məqsədilə kommunikasiyaların açılması TRİPP çərçivə sənədində də əksini tapıb. Bunlar Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsizbağlantını, Azərbaycan və Ermənistan arasında ikitərəfli nəqliyyat-tranzit əlaqəsinin yaradılmasını, Transxəzərticarət marşrutunun, yəni Orta Dəhlizin vacib seqmenti kimi beynəlxalq tranzitlə bağlı qarşılıqlı faydaları nəzərdə tutur.

– Vaşinqton görüşünün ardınca Nikol Paşinyan Azərbaycanın əsas hisəsi ilə Naxçıvan bölgəsi arasında maneəsiz əlaqənin təmin ediləcəyini bildirdi. Beləliklə, Azərbaycan Prezidentinin maneəsiz gediş-gəlişin təmin edilməsi ilə əlaqədar prinsipial mövqeyi də rəsmi İrəvan tərəfindən qəbul edildi və növbəti “ev tapşırığı” icra olundu. Bu, mühüm irəliləyişlə bağlı fikirləriniz necədir?

– Prezident İlham Əliyevin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin maneəsiz təmini ilə bağlı prinsipial mövqeyi Vaşinqton Birgə Bəyannaməsində əksini tapıb. İnsanların, yüklərin və nəqliyyat vasitələrinin hər iki istiqamətdə maneəsiz gediş-gəlişinin təmini ilə bağlı ölkəmizin bu haqlı tələbi TRIPP çərçivə sənədində də aşağıdakı formada təsbit olunub: “TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsinin yaradılmasını nəzərdə tutur və suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verməyi hədəfləyir. Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə və Transxəzər Ticarət Marşrutunda mühüm bir həlqə yaratmaqla yanaşı, bu təşəbbüsün Ermənistan Respublikası üçün də beynəlxalq və ölkədaxili nəqliyyat əlaqələri baxımından qarşılıqlı faydalar yaradacağı gözlənilir”. Sənəddə təsbit olunub ki, Ermənistan “Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamət daxil olmaqla insanların, nəqliyyat vasitələrinin və yükün idarə edilməsi üçün fərqli prosedurların tətbiqi” üçün addımlar atmaq niyyətindədir. Çərçivə sənədində həmçinin, “sənədlərin elektron təqdimatı və emalı”nın nəzərdə tutulduğu qeyd olunub. Çox mühüm məqamlardan biri də TRİPP marşrutunun yalnız idxal-ixracı əməliyyatları baxımından deyil, həm də regionda rifaha, sabitliyə və təhlükəsizliyə töhfə vermək baxımından əhəmiyyətinin bir daha vurğulanmasıdır. Buna görə TRIPP layihəsinin uğurunun Ermənistan və Azərbaycan arasında sülh prosesinin dahada institusionallaşdırılması faktorundan asılığı da sənəddə qeyd olunur. Həmçinin, ABŞ-nin uzunmüddətli və davamlı iştirakı, Ermənistan ilə Türkiyə arasında hərtərəfli sazişin icrası da bu layihənin uğurunu təmin edən şərtlər kimi qeyd edilir.

 

– Bu layihədə ABŞ-nin hansı maraqları var?

 

– TRIPP-in ABŞ üçün aşağıdakı yollarla fayda verəcəyi gözlənilir: Amerika investisiyaları, biznesi və malları üçün yeni bazarların açılması; Region üzrə ticarət əlaqələrinin genişlənməsi nəticəsində xammalın, kritik mineralların vənadir torpaq metallarının Amerika bazarlarına çatdırılması; ABŞ ilə Avropa və Asiya arasında ticarət marşrutlarının sayının artırılması və geosiyasi dəyişikliklərdən asılı olmayaraq insanların və malların hərəkətinin təmin olunması. Çərçivə sənədinə əsasən, Tramp marşrutunreallaşdırılması üçün ABŞ və Ermənistan şirkətlərinin müvafiq olaraq səhmlərin 74% və 26% nisbətində birgə payçı olacağı “TRIPP Development Company” (TRİPP şirkəti) birgə müəssisəsi təsis ediləcək. ABŞ şirkətinin uzunmüddətli və xüsusi imtiyazlara malik olacağı TRİPP şirkəti “Tramp marşrutu” çərçivəsində dəmir yolu, avtomobil yolları, elektrik xətləri və digər infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi və istismarını təmin edəcəkdir. Əldə olunan gəlirlərin idarə olunması məsələsini də ehtiva edən bu razılaşma ilkin mərhələdə 49 il müddətinə qüvvədə olacaqdır. Bu razılaşma əlavə 50 illik müddət üçün uzadıla bilər və bu halda Ermənistanın payı təxminən 49 %-ə qədər artacaq. TRİPP şirkətinin səhmdarlarının – o cümlədən səhmlərin satışı, bağışlanması, birləşmə, bölünmə, yenidən təşkili və ya hər hansı digər hüquqi və ya faktiki əməl – və son benefisar sahiblərinin dəyişdirilməsi ABŞ və Ermənistan hökumətlərinin əvvəlcədən razılığı əsasında mümkün ola bilər.

– Rizvan bəy, həm İrandan, həm Rusiyadan, həm də Ermənistandakı revanşistlərdən vaxtaşırı Zəngəzur dəhlizinin əleyhinə mövqelər səslənir. Həmin qüvvələr sürət götürən bu prosesə əngəl yarada bilərlərmi?

 

– Regionda sülh, sabitlik və iqtisadi inteqrasiyanı təşviqetmək məqsədi daşıyan TRIPP layihəsi dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmətə sasında həyata keçirilir. Xüsusilə ikinci məqam Ermənistan daxilində revanşist qüvvələrin ram edilməsi üçün əsaslı arqumentdir. Eləcə də bununla İran və Rusiyada müəyyən qüvvələrin iddialarının əsassız olduğu bir daha təsdiqlənir. Digər tərəfdən Zəngəzur dəhlizi – TRIPP marşrutu Rusiya və İran üçün qlobal bazarlara çıxışda alternativ tranzit-nəqliyyat layihəsi kimi əhəmiyyətə malikdir. Dəhlizin reallaşdırılmasının qarşısının alınması isə ABŞ-la üz-üzə gəlmək riskini özündə ehtiva edir. Xüsusi vurğulamaq lazımdır ki, TRİPP marşrutu məhz şərqdə Azərbaycanın əsas hissəsi, qərbdə isə Naxçıvan vasitəsi ilə Türkiyə üzərindən qlobal bazarlara çıxış əldə etməklə beynəlxalq əhəmiyyət qazanır. Bu, Paşinyan hökumətinə tam aydındır. Bütün hallarda dövlətimiz üçün prioritet məsələ, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsidir. Orta Dəhlizin vacib seqmenti kimi Zəngəzur dəhlizinin 2028-ci ilin sonunadək reallaşacağı təqdirdə regionu qlobal nəqliyyat-loqistika xəritəsində mühüm mərkəzə çevirəcək. Bu kontekstdə 2026-cı il yanvarın 13-də dövlət katibi Rubio və nazir Mirzoyanın görüşündən sonra bəyan olunan TRİPP çərçivə sənədi 2025-ci il avqustun 8-də Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin, eləcə də ABŞ Prezidentinin şahid kimi imzaladıqları Birgə Bəyannamədən sonra real fəaliyyətə start veriləməsi baxımından ikinci Vaşinqton razılaşması kimi əhəmiyyətlidir. Şanlı Zəfərimizin nəticəsində Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar həmçinin geniş ticarət və nəqliyyat potensialının inkişafı üçün də zəmin yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Zəngəzurdəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaqqonşularımıza fayda gətirəcək”.

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yolunda ikinci Vaşinqton razılaşması mühüm əhəmiyyət daşıyır
Next: Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.