Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.
Paraqraf.com xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
“Dövlət başçısının sərəncamı ilə Kanış Abubakirov Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib, o, əvvəlki vəzifəsindən azad edilib”, – məlumatda bildirilib.
K.Abubakirov bu vəzifədə Sultan Kamaletdinovu əvəz edib.
Qeyd edək ki, K.Abubakirov 2024-cü ilin yanvarından yeni təyinatadək müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini olub.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
