ABŞ Prezidenti Donald Tramp İranla bağlı bütün mümkün tədbirləri nəzərdən keçirir.
Paraqraf.com-un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının İranla bağlı iclasında bildirib.
“Prezident Tramp BMT-də müşahidə etdiyimiz sonsuz danışıqlar deyil, fəaliyyət göstərən insandır. O, bütün variantların nəzərdən keçirildiyini açıq şəkildə bildirib”, – Uolts deyib.
ABŞ səfiri həmçinin iddia edib ki, İranın dialoqa hazır olması ilə bağlı açıqlamalarına baxmayaraq, onun hərəkətləri bunun əksini göstərir.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
