Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti oyunları keçiriləcək.
Paraqraf.com-un məlumatına görə, bu gün iki qarşılaşma baş tutacaq.
Saat 16:00-da “Azərreyl” “Gənclər”lə üz-üzə gələcək. 18:00-da isə “Abşeron” ilə “Gəncə” münasibətləri aydınlaşdıracaq.
Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
