Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə dəmir yolunun bərpası ilə bağlı Rusiyanın qərarını gözləyir

Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə dəmir yolunun bərpası ilə bağlı Rusiyanın qərarını gözləyir

admin 15 Yanvar 2026 2 minutes read
1VxdTQCoF5JYxkl7lIgt0fJHgoqEQam3AkSMtym0_825
PAYLAŞIN:

Ermənistan Rusiyadan olan tərəfdaşlara müraciət edərək Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrində bərpa işlərinin həyata keçirilməsi məsələsi ilə bağlı qərar qəbul olunmasını xahiş edib.

Paraqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ Rusiya ilə təmaslar zamanı, o cümlədən dövlət və hökumət başçıları səviyyəsində müzakirə edilib:

“Bəli, bu məsələ müzakirə olunub. Mən bunu Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etmişəm, həmçinin Ermənistan Baş nazirinin müavininin Rusiya hökuməti sədrinin müavini ilə bu barədə danışmaq imkanı olub. Biz Rusiyadan olan tərəfdaşlarımızdan cavab gözləyirik”.

Bərpa işlərinin həyata keçirilməsinin müddətinə gəlincə, o vurğulayıb ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə sazişi imzalandıqdan sonra ən yaxın zaman müvafiq müddət hesab olunur.

“Müvafiq müddət hazırli zamandır və biz bunun indi reallaşdırılmasını istəyirik. Proseslər gedir, bu barədə sizə məlumat veriləcək. Bu proseslər işlərin mümkün qədər tez həyata keçirilməsini nəzərdə tutur. Biz Rusiyadan olan tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul olunmasını xahiş edirik”, – o əlavə edib.

Paraqraf.com 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ səfirliyi: Bakıda qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir
Next: Nazir: Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi reallaşacağını görməyi arzulayır

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.