Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və bu ölkənin Mülki Aviasiya Tənzimləmə Komissiyasının baş komissarı Dayfalla Əl-Faracat mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə ediblər.
Paraqraf.com-un məlumatına görə, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Səfir Şahin Abdullayev İordaniyanın Mülki Aviasiya Tənzimləmə Komissiyasının baş komissarı, kapitan Dayfalla Əl-Faracatla görüşüb. Görüş zamanı mülki aviasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub”, – məlumatda qeyd olunur.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
