Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər mediada dil normaları mövzusunu yenidən gündəmə gətirib. Dövlət başçısının “Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?” fikri bu istiqamətdə müzakirələrin aktuallaşmasına səbəb olub.
Bu kontekstdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda üçaylıq təlim proqramına start verilib. Təlimlərin əsas məqsədi mediada Azərbaycan dilinin düzgün, qrammatik və leksik normalar çərçivəsində istifadəsinin təşviq olunmasıdır.
“Report” İnformasiya Agentliyinin nümayəndələri də sözügedən təlimlərdə iştirak edir. Redaktorlar və media nümayəndələri bu proqramın Azərbaycan dilinin mediada qorunması və peşəkar şəkildə tətbiqi baxımından əhəmiyyətli olduğunu bildirirlər.
Qeyd olunur ki, təlimlər çərçivəsində mövcud problemlər və onların həlli yolları müzakirə ediləcək, media məkanında dil normalarının qorunması ilə bağlı praktiki biliklər paylaşılacaq.
İştirakçılar təşkilatçılara və təlimləri aparan peşəkar mütəxəssislərə uğurlar arzulayıblar.



Həsən
Paraqraf.com
![]()
