Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 11
  • Səbinə Salmanova: “Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir”

Səbinə Salmanova: “Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir”

admin 11 Yanvar 2026 5 minutes read
17484557756414465156837515fea271
PAYLAŞIN:

“Azərbaycan Prezidenti İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı ölkəmizin enerji siyasəti tarixində mühüm hadisə kimi yadda qalıb. Dövlətimizin başçısının mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın davamlı inkişaf modelinə sadiqliyini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və “yaşıl enerji” strategiyasının ardıcıl şəkildə həyata keçirildiyini aydın şəkildə ortaya qoyub”.

xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Deputatın sözlərinə görə, son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib:

“Enerji sahəsində həyata keçirilən islahatlar da məhz bu strateji məqsədlərə xidmət edir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payının artırılmasına, ənənəvi enerji resurslarından asılılığın azaldılmasına mühüm töhfə verir. Layihə eyni zamanda Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərinə qoşulmaqla qlobal ekoloji çağırışlara adekvat cavab vermək iradəsini nümayiş etdirir. Təmiz enerji istehsalı atmosferə atılan zərərli tullantıların azalmasına və ətraf mühitin mühafizəsinə real töhfə deməkdir”.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyev “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini Azərbaycanın həyatında əlamətdar bir gün kimi qiymətləndirib:

“Bu mühüm addım ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinin geniş tətbiqi istiqamətində həyata keçirilən ardıcıl siyasətin məntiqi nəticəsidir. Yeni stansiyanın istifadəyə verilməsi təkcə enerji istehsalının həcminin artması anlamına gəlmir, eyni zamanda Azərbaycanın müasir çağırışlara uyğun, ekoloji cəhətdən məsuliyyətli inkişaf modelini seçdiyini nümayiş etdirir.

Bu layihə ölkəmizin zəngin külək potensialından səmərəli istifadənin real nümunəsi olmaqla yanaşı, enerji balansında təmiz və dayanıqlı mənbələrin payının artırılmasına xidmət edir. Stansiyanın fəaliyyəti regionların sosial-iqtisadi inkişafına, innovativ texnologiyaların tətbiqinə və yeni imkanların yaranmasına da şərait yaradır. Bu baxımdan “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətinin mühüm tərkib hissəsi və “yaşıl inkişaf” kursunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir”.

Parlamentari onu da bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin əsasən xarici investorların iştirakı ilə reallaşdırılmasıdır:

“Bu layihələr artıq genişmiqyaslı xarakter alıb və indiyədək bu sahəyə yüz milyonlarla dollar həcmində investisiya yönəldilib. Bu fakt Azərbaycanın “yaşıl enerji” sahəsində beynəlxalq maraq dairəsində olduğunu açıq şəkildə göstərir. Azərbaycan dövləti xarici sərmayələrin qorunmasına daim xüsusi həssaslıqla yanaşıb və bu prinsip uzun illərdir ardıcıl şəkildə təmin olunur. Ölkəmizdə icra olunan çoxsaylı neft və enerji kontraktları onilliklər ərzində dəyişməz şəkildə həyata keçirilib. Qəbul edilmiş qərarlara və bağlanmış müqavilələrə sonradan heç bir müdaxilə olunmayıb – nə paraqraf, nə maddə, nə də bir söz dəyişdirilib.

Bu yanaşma gələcəkdə də dəyişməyəcək. Məhz bu sabitlik və hüquqi etibarlılıq xarici investorların Azərbaycana inamını formalaşdıran əsas amillərdəndir. Prezidentin çıxışında əks olunan bu yanaşma onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir. Burada öhdəliklər qanunla qorunur, razılaşmalar dəqiqliklə icra olunur. Sözün imza qədər dəyərli olması isə ölkəmizin beynəlxalq investisiya mühitində qazandığı yüksək nüfuzun əsas dayaqlarından biri kimi qiymətləndirilir”.

 

Paraqraf.com

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp qərar verəcək: İranla bağlı bir neçə variant hazırlanıb
Next: Maduronun həbsi ilə bağlı yeni detallar

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.