Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • Yeganə Hacıyeva: “Bütün məsuliyyət Rusiyanın üzərinə düşür

Yeganə Hacıyeva: “Bütün məsuliyyət Rusiyanın üzərinə düşür

admin 25 Dekabr 2025 5 minutes read
1766657509919998216694d0de53e50c
PAYLAŞIN:

“AZAL-a məxsus J2-8243 saylı Bakı–Qroznı reysini həyata keçirən “Embraer 190” tipli mülki sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il keçir. 

Məlumatlar və texniki göstəricilər təsdiq edir ki, təyyarə Qroznı şəhərinə enişə hazırlaşdığı vaxt Rusiya silahlı qüvvələrinə məxsus “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən təsirə məruz qalıb”. 

Paraqraf.com xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva “Facebook” hesabında yazıb.

O bildirib ki, mülki təyyarəyə qarşı hərbi HHM vasitələrinin tətbiqi Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, xüsusilə də mülki hava nəqliyyatının toxunulmazlığını təmin edən fundamental prinsiplərin kobud şəkildə pozulmasıdır:

“Rusiya tərəfi radioelektron REM sistemlərindən istifadə etməklə AZAL təyyarəsinin rabitə və naviqasiya imkanları tam şəkildə sıradan çıxarılıb. Bu, beynəlxalq aviasiya qaydalarına əsasən hava məkanında uçuşların təhlükəsizliyinə görə tam məsuliyyət daşıyan dövlətin yəni Rusiya Federasiyasının öhdəliklərini yerinə yetirməməsidir. Təyyarə, həmçinin Rusiya hava məkanında radar nəzarətindən çıxarılıb ki, bu da uçuş təhlükəsizliyi baxımından yolverilməz haldır”. 

Ekspert qeyd edib ki, Rusiya mənbələrinin verdiyi açıqlamalarda Çeçenistan üzərində guya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının vurulmasına cəhd edildiyi bildirilir:

“Bu tip bəyanatlar belə Rusiyanın məsuliyyətini aradan qaldırmır. Əksinə, Rusiyanın mülki hava yollarının aktiv istifadə edildiyi ərazilərdə hərbi əməliyyat xarakterli HHM və REM sistemlərindən istifadə etməsinin etirafıdır. Bu hal isə beynəlxalq hüquq baxımından ağır səhlənkarlıq və riskli davranış kimi qiymətləndirilməlidir. 

HHM təsiri və REM müdaxiləsi nəticəsində dezorientasiya olunmuş ekipaj yaranmış fövqəladə vəziyyətdə Rusiya ərazisində təhlükəsiz eniş imkanından da məhrum edilib. Fövqəladə vəziyyətdə olan mülki təyyarəyə Qroznı şəhərində və ya yaxınlıqdakı hava limanlarında eniş icazəsi verməkdən imtina olunub”. 

Yeganə Hacıyeva xatırladıb ki, nəticədə, ekipaj alternativ marşrut kimi Qazaxıstanın Aktau şəhəri istiqamətini seçməyə məcbur qalıb:

“Qəhrəman pilotların yüksək peşəkarlığı və fədakarlığı sayəsində təyyarə Aktauya qədər çatdırılsa da, aeroporta cəmi 3 kilometr məsafədə qəza enişi edib. Qeyd edim ki, qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər – 62 sərnişin və 5 ekipaj üzvü olub. 

Onlardan 42 nəfəri Azərbaycan, 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşı idi. Hadisə nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Bu faciə Rusiya Federasiyasının mülki aviasiyanın təhlükəsizliyini təmin etmək üzrə beynəlxalq öhdəliklərinə əməl etmədiyini, mülki uçuşları hərbi risk altına saldığını və nəticədə çoxsaylı insan itkisinə səbəb olduğunu sübut edir”. 

Ekspert əlavə edib ki, hadisəyə görə siyasi, hüquqi və beynəlxalq məsuliyyət Rusiya tərəfinin üzərinə düşür:

“Faciə baş verən gün və aradan keçən bir il ərzində çoxsaylı müsahibələrdə dəfələrlə bildirmişəm ki, bu hadisə ICAO, BMT və digər beynəlxalq qurumlar səviyyəsində obyektiv və şəffaf şəkildə araşdırılmalıdır. 

Çünki mülki sərnişin təyyarəsinə qarşı hərbi vasitələrin tətbiqi beynəlxalq hüququn və mülki aviasiya təhlükəsizliyi sisteminin əsas sütunlarının sarsıdılması deməkdir. Belə hallar təkcə konkret bu faciə ilə məhdudlaşmır, eyni zamanda gələcək üçün son dərəcə təhlükəli presedentlər yaradır. 

Mülki təyyarələrə qarşı hücumlar beynəlxalq humanitar hüquqla da ziddiyyət təşkil edir. Çünki mülki şəxslərin daşındığı nəqliyyat vasitələrinin hərbi əməliyyatların obyekti olmaması prinsipi fundamental norma hesab olunur. Bu normanın pozulması yalnız bir dövlətin deyil, bütün beynəlxalq sistemin etibarlılığına və hüquqi əsaslarına xələl gətirir”. 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yenilənmiş 50 manatlıq bu formada olacaq
Next: Xocalının daha iki kəndinə 133 nəfər qayıtdı – FOTO

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.