18 dekabr 2025-ci il tarixində Auditorlar Palatasının əməkdaşları görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə təşkil olunmuş sərgidə iştirak ediblər.
Sərginin qonaqları sırasında Auditorlar Palatasının sədri, eyni zamanda Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatasının şöbə rəhbəri və Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü Elxan Qəmbərov, eləcə də Qərbi Azərbaycan İcmasının üzvü Lamiyə xanım və digər nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, Mirzə Qədim İrəvanı 1825–1875-ci illərdə Qərbi Azərbaycanın İrəvan şəhərində yaşamışdır. O, Azərbaycan dəzgah boyakarlığının banisi olmaqla yanaşı, Azərbaycan panel rəssamlığının əsasını qoymuşdur. Rəssamın yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində mühüm mərhələ və əhəmiyyətli dəyişikliklərlə yadda qalmışdır.



Səfərova Türkan
Paraqraf.com
![]()
