Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Yaşam və sevgi
MANŞETÖZƏL

Yaşam və sevgi

15 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

İnsan övladını hər zaman düşündürən əsas mövzulardan biri sevgi olmuşdur. Saysız-hesabsız fikirlərin cəmləşdiyi bu anlayış hələ də öz tam həqiqətini tapmamışdır. Sevgi kimisi üçün dəyər, kimisi üçün güvən, kimisi üçün isə bağlılıq kimi izah edilir. Lakin bəzən insan heç görmədiyi, tanımadığı birini belə sevə bilir. Təkcə sevməklə kifayətlənmir, onun üçün darıxır, həsrət çəkir.

Bu sizcə nəyə bənzəyir? Sanki insan hissələrdən ibarət bir pazldır. Əgər bu pazl tam deyilsə, insan həyatında daim bir boşluq hiss edir. Maraqlısı isə odur ki, axtardığımız parça biz onu istədiyimiz anda və axtardığımız zaman qarşımıza çıxmır. Əksinə, heç gözləmədiyimiz bir anda, heç düşünmədiyimiz biri gəlib həmin pazlı tamamlayır.

Bütöv bir pazlı yaratmaq və onun tamamlandığını izləmək insana təkcə xoşbəxtlik bəxş edir. Elə buna görə də həyatımızı bütövləşdirən, ona dəyər qatan insanı tapdıqda diqqətimiz yalnız ona yönəlir. Onun həsrətini çəkir, həyatımızı tamamlaması üçün səbirlə gözləyirik. Həmin insanın harada olması, aramızdakı məsafə, yaşadığı həyat tərzi bizim üçün o qədər də əhəmiyyət daşımır.

Məncə sevgi, həyat pazlımızın tamamlanması üçün lazım olan kiçik, lakin olduqca dəyərli parçadır.

Əziz dostlar, insani dəyərlərin getdikcə unudulduğu bu dövrdə, həyat pazlını tamamlamadan bu ömürlə vidalaşmayın. Unutmayın ki, gözləmədiyiniz bir anda, heç ağlınıza gəlməyən biri sizin pazlınızı tamamlayan o dəyərli parça ola bilər. Çünki həyat möcüzələrlə doludur.

Türkanə Səfərova

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paraqraf.TV və Laava Akademiyasının birgə təşkilatçılığı ilə təhsil tədbiri keçirildi

Next

Təhsil sistemində səssiz ziddiyyət: məktəb və repetitor

Copyright 2026— Praqraf.com. All rights reserved