Rusiya Avropa ölkələri ilə müharibəyə hazırlaşmır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. O bildirib ki, Moskvanın müharibə niyyəti olmasa da, Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi və Rusiyanın aktivlərinin ələ keçirilməsi kimi bütün düşmənçilik addımlarına cavab veriləcək.
Paraqraf.com xəbər verir ki, Lavrov bu fikirləri Moskvada Federal Şuranın iclasında ölkənin xarici siyasəti ilə bağlı çıxışı zamanı səsləndirib.
Nazir Ukrayna böhranının həlli prosesinə də toxunub. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın böhranın siyasi və diplomatik yollarla həlli istiqamətindəki səyləri təqdir olunur.
Lavrov əlavə edib ki, Tramp böhranın əsas səbəblərini anlayan və prosesdə insan haqlarına hörmət edən yeganə Qərb lideridir.
O həmçinin bildirib ki, ABŞ-nin sülh planında Ukraynada azlıqların hüquqlarının və dini etiqad azadlığının qorunması ilə bağlı müddəalar da yer alır.
Nazir, eyni zamanda, ABŞ-nin Rusiyaya qarşı sanksiya siyasətini davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı Amerika administrasiyası sanksiyaları aradan qaldırmağa tələsmir, əksinə, onları daha da sərtləşdirir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
