ABŞ-nin Kentukki Universitetinin yataqxanasının yaxınlığında naməlum şəxs insanlara atəş açıb. Nəticədə bir tələbə ölüb, bir neçə nəfər yaralanıb.
Paraqraf.com xəbər verir ki, ştatın qubernatoru Endi Beşir “X” hesabında hadisəni təsdiqləyib.
“Biz Frankfortdakı Kentukki Universitetində baş verən atışmadan xəbərdarıq. Hazırda bir neçə zərərçəkənin olduğu məlumdur. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir, şübhəli həbs edilib. Zərərçəkən hər kəs üçün dua edək”, – deyə qubernator yazıb.
Hadisənin baş vermə səbəbi və zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik açıqlama verilməyib.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
