161 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Məktəbin pedaqoji kollektivi, şagirdlər və qonaqların iştirakı ilə keçirilən tədbir şairin zəngin yaradıcılığına ehtiramın ifadəsi kimi böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində müəllimlər Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnıları səsləndiriblər. Şairin vətənpərvərlik, azadlıq və humanizm ideyaları ilə zəngin poeziyası tədbir iştirakçıları tərəfindən xüsusi ruh yüksəkliyi ilə təqdim olunub.
Məktəbin müəllim və şagirdləri həmçinin Vahabzadənin həyatı və yaradıcılığına dair maraqlı çıxışlar edib, onun Azərbaycan ədəbiyyatındakı rolu və milli düşüncənin formalaşmasındakı xidmətləri barədə məlumat veriblər.
Tədbirin yekununda məktəbin direktoru Rəna Hüseynova böyük şairin bir neçə şeirini səsləndirərək Bəxtiyar Vahabzadə irsinin gənc nəslin tərbiyəsində əhəmiyyətini vurğulayıb.
Məktəb rəhbərliyi belə tədbirlərin Azərbaycan ədəbiyyatının dəyərlərinin yaşadılması və şagirdlərdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.
![]()
