Saç sağlamlığı müxtəlif səbəblərdən zəifləyə bilər. Saç telləri qırılmağa və tökülməyə başlayır. Saçların zəifləməsinin və qırılmasının qarşısını almaq üçün bəzi təbii üsulları sınaya bilərsiniz.
Paraqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, saçlarımızdakı sağlam nəmlik və yağ balansının itməsi müxtəlif problemlərə səbəb ola bilər. Saç tellərinin tez-tez zəifləməsi və zədələnməsi kimi özünü göstərən bu problem saç tökülməsini artırdığı üçün qarşısını almaq məqsədilə saçları qidalandırmaq lazımdır.
Saç qırılmalarının aradan qaldırılması və saç follikullarının gücləndirilməsi üçün təbii üsullar mövcuddur. Saçı gücləndirmək üçün əsas hesab edilən təbii üsullar aşağıdakılardır:
Kokos yağı: Hindistancevizi yağı saç tellərinə dərindən nüfuz etmə qabiliyyəti ilə qırıqları bərpa etməyə kömək edir. İtirilmiş nəmi dolduraraq saçları daha elastik və möhkəm edir. Xüsusilə uclardakı quruluq və pürüzlülük qısa müddətdə azalır. Həftədə bir və ya iki dəfə tətbiq edildikdə saçın təbii parlaqlığını artırır və qıvrılmanı azaldır. Daimi istifadə saçın ümumi gücünü əhəmiyyətli dərəcədə artırır.
Yumurta ağı və bal maskası: Zülalla zəngin yumurta ağı saçın zəifləyən hissələrini gücləndirir. Bal isə güclü nəmləndirici təsir göstərərək saç tellərini yumşaldır və qırılmaları azaldır. Bu qarışıq saçları gücləndirməyə və parıldatmaqa kömək edir. Həftədə bir dəfə tətbiq etmək kifayətdir və zaman keçdikcə qırılmaların azaldığını görəcəksiniz. Saçı ağırlaşdırmadan təbii qulluq təmin edir.
Zeytun yağı: Ekstra sızma zeytun yağı E vitamini və antioksidantlarla zəngin olduğu üçün zədələnmiş saç tellərini qidalandırmağa və gücləndirməyə kömək edir. İsti tətbiq edildikdə baş dərisinə daha yaxşı nüfuz edir və saçın daha yaxşı yumşalmasına səbəb olur. Nəmlənmiş saç telləri xarici təsirlərə qarşı daha davamlı olur və qırılmalar azalır. Həmçinin saçın təbii elastikliyini bərpa edir. Daimi istifadə saçları daha dolğun və sağlam göstərir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
