Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda bütün atmosferi dəyişən böyük uğurdur.
Paraqraf.com-un xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə Dohada keçirilən beynəlxalq sammitdə çıxışı zamanı bildirib.
“İndi biz münaqişənin özünü deyil, sülhün necə möhkəmləndirilməsini və onun necə institutlaşdırılmasını müzakirə edirik”, – A.Qriqoryan bildirib.
Onun sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regionda kommunikasiyaların bərpası avqustun 8-də Bakı və İrəvan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların institutlaşdırılması prosesinin bir hissəsidir.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
