Son günlər yol vergisinin dövlət büdcəsinə yönləndirilməsi ilə bağlı müzakirələr aktuallaşıb və bu mövzu ictimaiyyət arasında geniş rezonans doğurub. Müzakirələrin əsas mərkəzində duran məsələlərdən biri də yol vergisinin yanacaq qiymətlərinə təsir ehtimalıdır.
REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Paraqraf.com”a bildirib ki, premium və supermarkalı yanacaq istisna olmaqla, Azərbaycanda benzinin qiymətini dövlət tənzimləyir:

“Bu, hansısa vergi artımı ilə əlaqəsi çox azdır. Vergi artacaqsa, qiymət artacaq demək, və ya vergi azalacaqsa, qiymət azalacaq demək çətindir. Çünki Tarif Şurasını hökumət tənzimləyir. Azərbaycanda dövlətin tənzimlədiyi qiymət qalxandan sonra heç vaxt aşağı düşmür”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
