Son yüz ildə orta insan ömrü təxminən iki dəfə artıb və növbəti mərhələdə bu göstərici 120 il olacaq.
Paraqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Sergeyev açıqlayıb.
“1900-cü ildə orta ömür uzunluğu təxminən 40 il idi. İndi isə 70-80 ildir. Bu, elm vasitəsilə – xəstəliklərlə mübarizə, yeni dərmanların ixtirası və yeni diaqnostik vasitələr sayəsində əldə edilib. Biz tibb, hüceyrə və molekulyar biologiyada yeni kəşflərin astanasındayıq. Alimlərin bu gün müzakirə etdiyi növbəti ortalama yaş səviyyəsi 120 illik ömürdür. Bu, çox vacib bir məqsəddir”, – deyə alim bildirib.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
