Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 29
  • Quş qripi pandemiyası COVID-19-dan daha təhlükəli ola bilər: Alimdən XƏBƏRDARLIQ

Quş qripi pandemiyası COVID-19-dan daha təhlükəli ola bilər: Alimdən XƏBƏRDARLIQ

admin 29 Noyabr 2025 3 minutes read
IMG-20251129-WA0006
PAYLAŞIN:

“Quş qripi virusu COVID-19-dan daha təhlükəli pandemiyaya gətirib çıxara bilər”.

Paraqraf.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Paster İnstitutunun (Fransa) Tənəffüs Yollarının İnfeksiyaları Mərkəzinin direktoru Mari-Ann Ramey-Velti bəyan edib.

O bildirib ki, H5 kimi tanınan yüksək patogenli quş qripi virusu son illərdə yüz milyonlarla quşun kütləvi məhvinə, ərzaq təchizatı zəncirlərinin pozulmasına və qiymətlərin artmasına gətirib çıxarıb. Amma insanların yoluxmasına nadir hallarda təsadüf edilir. Alim qeyd edib ki, təhlükə virusun məməlilərə və insanlara uyğunlaşmasında və insandan insana yoluxma qabiliyyətinin qazanılmasındadır. Əgər bu baş verərsə, pandemiya real ola bilər.

Ramey-Velti vurğulayıb ki, necə ki, COVID-19 pandemiyasının əvvəlində insanlarda ona qarşı anticisimlər yox idi, eləcə də H5 virusuna qarşı anticisimlər yoxdur. Əsasən insanların həssas qruplarını zədələyən koronavirusdan fərqli olaraq, qrip virusları sağlam insanlara, o cümlədən uşaqlara zərər verə bilər. Onun fikrincə, quş qripi pandemiyası COVID-19 pandemiyasından daha ağır ola bilər.

İnsanlarda H5 viruslarına, habelə ABŞ-də ev quşları və qaramal arasında H5N1-ə yoluxma halları artıq qeydə alınıb. Bu ilin noyabrında Vaşinqton ştatında insanın ilk dəfə H5N1-ə yoluxması faktı aşkarlanıb: kişini xilas etmək mümkün olmayıb.

Ramey-Velti əlavə edib ki, əgər quş qripi virusu mutasiyaya uğrayaraq insandan insana ötürülərsə, dünya bu təhdidə COVID-19-dan daha yaxşı hazırlanıb. Onun sözlərinə görə, artıq peyvənd üçün namizədlər, virus əleyhinə dərman ehtiyatları və kütləvi istehsal texnologiyaları mövcuddur ki, bu da infeksiya ocaqlarını operativ şəkildə məhdudlaşdırmağa imkan verəcək.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının elmi şöbəsinin rəhbəri Qreqorio Torres qeyd edib ki, insanlar arasında qlobal pandemiya riski aşağı olaraq qalır. O vurğulayıb ki, hələlik narahatlığa səbəb yoxdur, insanlar təbiətdə rahat dolaşa, toyuq əti və yumurta istehlak edə bilərlər.

Paraqraf.com

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Nike” ayaqqabıları oyun kompüterinə çevrildi
Next: Yaponiyada insanların duş alması üçün nəzərdə tutulan QƏRİBƏ AVADANLIQ

OXŞAR MÖVZULAR

17689030282104618417696f517449bc6

Sabah qar yağacaq: Yollar buz bağlayacaq

admin 20 Yanvar 2026
1767897251263236997695ff8a304587

Bir gecəlik yuxu 100-dən çox xəstəliyi üzə çıxarır – YENİ MODEL

admin 11 Yanvar 2026
IMG_3043

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub

admin 05 Yanvar 2026

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb 5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

07 Mart 2026
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.