Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 28
  • QƏRBİ AZƏRBAYCAN İCMASI GƏNCLƏR ŞURASININ TƏDBİRİ KEÇİRİLİB

QƏRBİ AZƏRBAYCAN İCMASI GƏNCLƏR ŞURASININ TƏDBİRİ KEÇİRİLİB

admin 28 Noyabr 2025 4 minutes read
591711783_1178807494461569_5431685452009100522_n
PAYLAŞIN:

“Hər an qayıdışa hazır olmalıyıq. Bunun üçün tariximizi bilməli, həqiqətlərimizi dərindən mənimsəməli və onları dünya ictimaiyyətinə çatdırmaqda fəal olmalıyıq.” – bu sözləri

Paraqraf.com xəbər verir ki, bu barədə “Qərbi Azərbaycan İcmasının”  “Facebook” səhifəsində paylaşım edilib.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın Gənclər Şurasının noyabrın 26-da keçirilən illik yekunlara dair hesabat xarakterli yığıncağında bildirib.

Sədr icmanın fəaliyyətində bütün nəsillərin bir araya gəldiyini qeyd edərək, Qərbi Azərbaycan ideyasının yalnız bir nəslin deyil, bütövlükdə xalqımızın tarixi yaddaşı və gələcəyə bağlı strateji hədəfi olduğunu diqqətə çatdırıb. O, qayıdış konsepsiyasının həm daşıyıcısı, həm də gələcək icraçılarının məhz gənclər olduğunu xüsusi vurğulayıb.

İdarə Heyətinin sədri 22 rayon üzrə Gənclər Şurasının formalaşdığını xatırladaraq, gənclərin həmin bölgələrin nümayəndələri ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, xəritədəki toponimlərin tarixi mahiyyəti, onların xalqımızın yaddaşındakı yeri barədə geniş məlumat verib və gəncləri bu bilikləri sistemli şəkildə öyrənməyə çağırıb.

Sonra tədbir Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, millət vəkili Şahin İsmayılovun məruzəsi ilə davam edib. O, il ərzində görülən işlər, həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə geniş məlumat verib. Şahin İsmayılov yaxın günlərdə icmanın fəaliyyətində fəallıq göstərən gənclərin mükafatlandırılması mərasiminin keçiriləcəyini bildirib.

O, həmçinin Qərbi Azərbaycana qayıdış konsepsiyasının aktuallığını vurğulayaraq gənclərin ictimai proseslərdə mövqeyinin gücləndirilməsinin vacibliyini qeyd edib. Online platformalarda qayıdış mövzusunun daha geniş təbliği, yeni media trendlərinə uyğun layihələrin hazırlanması gənclərə əsas tapşırıq kimi verilib. Eyni zamanda tədbirlərin daha səmərəli təşkili üçün gənc liderlərin önə çıxmasının vacibliyi qeyd olunub.

Görüşdə Gorus rayonu üzrə Orxan Həsənli, Zəngibasar rayonu üzrə Kənan Heydərli, Barana rayonu üzrə Hidayət Qaraca, Amasiya rayonu üzrə Elvin Babayev, Vedi rayonu üzrə Abbas Pənahov, Axta rayonu üzrə Elmir Qurbanlı, Qafan rayonu üzrə Murad Həsənxanlı, Basarkeçər rayonu üzrə Aynur Rüstəmova, Karvansaray rayonu üzrə Kənan Hüseynov, İrəvan şəhəri üzrə Lalə Cəfərova, Allahverdi rayonu üzrə Svetlana Qasımova və Meğri rayonu üzrə Elvira Əliyeva iştirak ediblər.

Tədbir gənclər arasında həmrəyliyin gücləndirilməsi, qayıdış konsepsiyasının daha dolğun öyrənilməsi və qarşıdakı fəaliyyət planlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Paraqraf.com 

Loading

Visited 35 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Musiqi müəllimlərinin attestasiyasının vaxtı AÇIQLANDI
Next: Donald Tramp Ağ Evə hücum zamanı yaralanmış Milli Qvardiya əməkdaşlarının vəziyyətini açıqladı

OXŞAR MÖVZULAR

036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026
6YaUbFzLgGoZ778K1YGmXA7XSpP866Dj4M7yhypk_1200

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

admin 02 Mart 2026
WhatsApp Image 2026-02-27 at 11.22.02

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

admin 27 Fevral 2026

XƏBƏR LENTİ

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

07 Mart 2026
Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun” _innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

07 Mart 2026
Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.