Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ramin Məmmədov Bakıdakı Ali Mələk Mikayıl kilsəsini ziyarət edib
CƏMİYYƏT

Ramin Məmmədov Bakıdakı Ali Mələk Mikayıl kilsəsini ziyarət edib

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib.

Paraqraf.com xəbər verir ki, ziyarət çərçivəsində komitə sədri kilsənin fəaliyyəti, burada həyata keçirilən dini-mənəvi tədbirlər barədə məlumat alıb.

Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti haqqında danışıb.

Müxtəlif dini konfessiya nümayəndələrinin dini ənənələrinin qorunması sahəsində görülən işlərin multikulturalizm mühitinin inkişafına xidmət etdiyini vurğulayıb.

O, bu sahədə mütəmadi olaraq həyata keçirilən layihələr, dini icmaların fəaliyyətinin dəstəklənməsi, ibadət məkanlarının bərpası və maddi-texniki təminatının gücləndirilməsi üçün reallaşdırılan layihələrin önəminə toxunub:

“Dövlət başçısının tapşırıq və təşəbbüsləri əsasında mədəniyyətlərarası dialoqun genişləndirilməsi və dini müxtəlifliyin cəmiyyətin ümumi dəyəri kimi təbliği istiqamətində kompleks tədbirlər həyata keçirilir”.

Bakı və Azərbaycan yepiskopu Aleksiy dövlət-din münasibətlərinin nümunəvi modelinin ölkədə sabitliyin, qarşılıqlı hörmət və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Kilsədə yaradılan şəraitə, dini ayinlərin sərbəst şəkildə icra olunması və icmanın fəaliyyətinin diqqətdə saxlanılmasına görə təşəkkürünü bildirib.

Ziyarət zamanı kilsə kompleksinin tamamilə yenidən qurulması və bərpa edilməsi dövlətin dini-mənəvi irsin qorunmasına verdiyi xüsusi önəmin bariz nümunəsi kimi dəyərləndirilib

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rövşən Rzayev Biləsuvarda vətəndaşları qəbul edib

Next

Azərbaycan millisinin baş məşqçisi: “Voleybolçular EEVZA çempionatında çox səhv etdilər”

Copyright 2026— Praqraf.com. All rights reserved