20 Okt 2026, Ça

Hikmət Hacıyev: Prezidentin qeyd etdiyi kimi, türk dünyası bizim ailəmizdir

PAYLAŞIN:

Prezident İlham Əliyevin Milli Məclisdə prezident seçkilərindən sonra inaqurasiya mərasimində qeyd etdiyi kimi, türk dünyası bizim ailəmizdir.

Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

H.Hacıyevin sözlərinə görə, bu gün biz əminliklə deyə bilərik ki, Türk dünyası həqiqətən də bizim ailəmizdir:

“Bunu Türk dünyasından olan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsi bir daha sübut edir. Bu ailə güclənir, bu ailə möhkəmlənir və həmrəyliyimiz günü-gündən artır”.

O xatırladıb ki, türk dövlətlərinin rəsmi qurumları arasında müxtəlif sahələr üzrə – 34 istiqamətdə – əməkdaşlıq formatları mövcuddur.

“Lakin bu günədək qeyri-hökumət təşkilatlarını bir araya gətirən xüsusi bir format olmayıb. Məhz bu səbəbdən, bu gün böyük sevinc hissi ilə qeyd edə bilərik: İnsanlararası əlaqələrin vacib həlqəsi və hərəkətverici qüvvəsi olan qeyri-hökumət və vətəndaş cəmiyyəti institutları ilk dəfə olaraq bir araya gəlib və bu yeni əməkdaşlıq formatının təməlini qoyublar”.

Loading