Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Gizlədilən əmək pozuntuları: özəl sektorun qaranlıq tərəfi
MANŞET

Gizlədilən əmək pozuntuları: özəl sektorun qaranlıq tərəfi

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda ucuz işçi qüvvəsindən geniş istifadə olunması xüsusilə özəl sektorda əmək hüquqlarının pozulması ilə müşahidə olunur. Bir çox müəssisələrdə işçilərin uzun iş saatlarına cəlb edilməsi, rəsmi sənədləşdirmənin aparılmaması və əməkhaqlarının gecikdirilməsi kimi hallar hələ də aktual olaraq qalır.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri iqtisadçı-ekspert Akif Nəsirli paraqraf.com-a açıqlamasında bildirib ki, özəl sektorda əmək hüquqlarının pozulmasına dair rəsmi məlumatlar əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dövlət Əmək Müfəttişliyi tərəfindən açıqlanır.

Son illərin statistikasına görə, özəl sektorda çalışan işçilərin böyük hissəsinin əmək müqaviləsi formal xarakter daşıyır və ya ümumiyyətlə rəsmiləşdirilmir:

“Bu, işçilərin sosial sığorta hüquqlarının təmin olunmamasına səbəb olur. Qanuni normadan artıq iş saatları və işçilərin icazəsiz şəkildə əlavə işə cəlb olunması hallarına geniş rast gəlinir”.

Ekspert əlavə edib ki, məzuniyyət hüquqlarının verilməməsi, işdən çıxarılarkən qanuni kompensasiyanın ödənilməməsi də ən çox rast gəlinən problemlərdəndir:

“Dövlət Əmək Müfəttişliyi tərəfindən aparılan yoxlamalar göstərir ki, xüsusən kiçik və orta sahibkarlıq subyektlərində əmək hüquqlarının pozulması daha çox müşahidə olunur. Bu pozuntular əsasən rəsmi əmək müqavilələrinin bağlanmaması, maaşların azaldılması, əlavə ödənişlərin verilməməsi və təhlükəsiz iş şəraitinin təmin edilməməsi kimi hallarda özünü göstərir”.

 

Cəfərova Validə

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Eldəniz Vəliyev: “AFEN Plaza”dakı partlayışla bağlı “Azəriqaz”ın əməkdaşları boru xətlərini təftiş edirlər

Next

Ərdoğan–Putin arasında hansı məsələlər müzakirə olunacaq? – AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved