Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Dövlət Agentliyi: Bu il istehlakçılara 301 min manatdan çox pul qaytarılıb
CƏMİYYƏT

Dövlət Agentliyi: Bu il istehlakçılara 301 min manatdan çox pul qaytarılıb

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu il Azərbaycanda istehlakçılara 301 min manatdan çox vəsait qaytarılıb.

Paraqraf.com xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Yusif Tapdıqlı bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur:

“Pozuntular əsasən malın üzərində olan qiymətlə satışdakı qiymət arasında fərq olub. Yəni, istehlakçı vitrində bir qiymət görür, lakin yaxınlaşıb alan zaman kassada tamamilə fərqli qiymət görür. Bunun üzərindən də biz araşdırmalarımızı aparırıq və qanunvericiliyin tələblərinə uyğun protokollar yazırıq. Bu il 51 inzibati xəta üzrə protokol tərtib olunub ki, bunun da 90 %-dən çoxu istehlakçıların aldadılması ilə bağlıdır”.

Bundan başqa, şöbə müdiri deyib ki, 10 ayda quruma 7 mindən çox istehlakçı müraciəti daxil olub: “Onların heç də hamısı bizim səlahiyyətimizə aid olan müraciətlər deyil. Təqribən 1,5 min müraciət digər aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olub, onları aidiyyəti üzrə göndərmişik. Bir qismi hal-hazırda araşdırmadadır. Bir qismi müəyyən səbəblərdən qanunvericiliyə uyğun olmadığına görə baxılması dayandırılıb. Amma ümumilikdə baxılmış 4,8 mindən çox müraciətdən 2,1 mini təqribən təmin olunub”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mədəniyyət Nazirliyində ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilir

Next

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

Copyright 2026— Praqraf.com. All rights reserved