Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Atambayevin oğlu saxlanıldı – Foto
DÜNYA

Atambayevin oğlu saxlanıldı – Foto

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu Kadırbek Atambayev kütləvi iğtişaşların təşkili ittihamı ilə saxlanılıb.

Paraqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Kadırbek Atambayev, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Damir Musakeev, “Sosial-Demokratlar” partiyasının lideri Temirlan Sultanbekov, Qırğızıstan parlamentinin keçmiş deputatları Şaylobek Atazov və Kubanıçbek Kadırov saxlanılıblar. Saxlanılanlar respublikada keçiriləcək parlament seçkilərinin nəticələri elan edildikdən sonra kütləvi narazılıq görüntüsü altında silsilə mitinqlər təşkil etməyi planlaşdırıblar”, – DİN-in məlumatında deyilir.

Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının silah, döyüş sursatları, qumbaralar, rabitə vasitələri, maliyyə sənədləri, fəaliyyət planları, narkotik vasitələr, həmçinin 150 min dollar məbləğində pul aşkarlayıb götürdüyü qeyd edilib.

Qeyd edək ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri bu ilin 30 noyabr tarixində keçiriləcək. İlkin olaraq seçkilərin 2026-cı ilin noyabrında keçirilməsi planlaşdırılsa da, deputatlar 25 sentyabr tarixində könüllü olaraq səlahiyyətlərindən imtina ediblər.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvanda sahibkara cinayət işi açıldı – 3 nəfərin ölümünə görə

Next

Bu şəhərdə turistlərdən vergi alına bilər

Copyright 2026— Praqraf.com. All rights reserved