ABŞ Prezidenti Donald Tramp hərbçiləri administrasiyasının əmrlərini yerinə yetirməməyə çağıran Demokratik Partiyasının senator və konqresmenləri xəyanətkar adlandırıb.
“Paraqraf.com” xəbər verir ki, bu barədə o “Truth Social” sosial şəbəkəsində yazıb.
“Hərbçiləri mənim əmrlərimə tabe olmamağa çağırış edən xəyanətkarlar dərhal həbsxanada olmalıdır…Bu, ən yüksək səviyyədə üsyana təhrik idi, üsyana təhrik isə ciddi cinayətdir”, – deyə o vurğulayıb.
Növbəti paylaşımında o əlavə edib ki, bir çox hüquqşünaslar bunu cinayət kimi qiymətləndirirlər.
Paraqraf.com
![]()
Visited 9 times, 1 visit(s) today
