“Rəqəmsal fırıldaqçılıq hallarının böyük hissəsi – 80-90%-i müştərilərin manipulyasiya olunması yolu ilə baş verir”.
Paraqraf.com “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Aparat Sistemləri və Məhsul İnkişafı şöbəsinin Baş mütəxəssisi Elvin Cuvarov bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə deyib.
O, rəqəmsal fırıldaqçılıq hallarını kateqoriyalar üzrə sadalayıb:
“Burada birinci pillədə müştəri tərəfindən məlumatların ötürülməsini qeyd edə bilərik. İkinci yerdə isə müştərinin manipulyasiya olunması nəticəsində müştərinin özünün icra etdiyi əməliyyatlarıdır.
Ona görə də ölkə daxilində banklar, ödəniş təşkilatları üçün informasiya təhlükəsizliyi sahəsində müəyyən tələblər formalaşdırılmalıdır. Yəni ölkədə rəqəmsal fırıldaqçılıqla mübarizədə tələblərin daha da yenilənməsinin zamanı yetişib. Bu sahədə Mərkəzi Bank tərəfindən işlər görülür”.
Paraqraf.com
![]()
