Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 19
  • “Bu adam ağlını itirib…” – Rəsul Quliyev xalqı hökumətin ətrafında birləşməyə çağırdı

“Bu adam ağlını itirib…” – Rəsul Quliyev xalqı hökumətin ətrafında birləşməyə çağırdı

admin 19 Noyabr 2025 4 minutes read
17635488951712506402691d9edfc9fbf
PAYLAŞIN:

“Moskva yenidən Azərbaycanı təhdid etmək üçün təhlükəli üsullara əl atır. Hansısa ölkənin səfirliyinə hücum təşkil etmək beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bir faiz ləyaqəti olan dövlət belə addım atmaz. Hətta Hitler belə müharibəyə başlamazdan əvvəl sovet səfirliyinin əməkdaşlarına ölkəni tərk etməyi əvvəlcədən bildirmişdi”.

Paraqraf.com xəbər verir ki, bunları Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev “Facebook” səhifəsində yazıb.

Rusiyanın son addımlarını kəskin tənqid edən keçmiş spiker, Moskvanın aqressiv siyasətinə qarşı təkcə Azərbaycanın deyil, ümumilikdə Asiya ölkələrinin dayana bilməsinin çətin olduğunu bildirib.

“Rusiya həmişə quduz vəziyyətdə olub. Ukraynanın dirənişini misal göstərmək olmaz. Ukraynanın əhalisi Azərbaycandan dörd dəfə çoxdur, güclü hərbi-sənaye kompleksi var və xalq bir yumruq kimi birləşib. Ətrafında səkkiz Avropa İttifaqı ölkəsi dayanır”, – o, vurğulayıb.

R.Quliyev Azərbaycan cəmiyyətinə çağırış edərək, bütün xalqın dövlətin ətrafında həmrəy olmasının vacibliyini bildirib.

“Azərbaycan xalqı bir nəfər kimi hökumətin ətrafında birləşməlidir. Elə etmək lazımdır ki, Rusiyadakı və Azərbaycana gəlib-gedən rusiyalı və azərbaycanlılar bunu dərindən dərk etsin və xalqın vuruşmaq əzminə inansınlar”, – deyə eks-spiker qeyd edib.

O, hesab edir ki, türk dövlətləri arasında, Türkiyənin liderliyi ilə həm iqtisadi, həm də hərbi sazişlərin imzalanmasının vaxtı çoxdan çatıb. Rəsul Quliyev Rusiyanın iqtisadi göstəricilərinə toxunaraq bildirib ki, Kremlin real gücü çox şişirdilir:

“Rusiya ildə 2,5 trilyonluq məhsul istehsal edirdi, bunun 90 faizi neft və qaz ixracıdır. Mən əminəm ki, bu il bu rəqəm 1,8 trilyona düşəcək. Türk dövlətlərinin ümumi istehsalı isə 5 trilyona yaxındır, əhalisi Rusiyadan 1,8 dəfə çoxdur. Bu o deməkdir ki, Rusiya türk dövlətləri birliyinin qarşısında diz çökməyə məcbur olacaq”.

Eks-spiker əlavə edib ki, türk dövlətləri Pakistanı da cəlb etməklə böyük bir güc mərkəzi yarada bilər.

“Putin ağlını itirib, yeni imperiya yaratmaq xülyası ilə yaşayır”

R.Quliyev Rusiyanın imperialist siyasətinin əsas müəllifinin Vladimir Putin olduğunu deyib:

“Bu adam ağlını itirib və yenidən Sovet İttifaqı yaratmaq xəyalı ilə yaşayır. Onun siyasi səhnədən getməsi, istər fiziki, istər xalq üsyanı nəticəsində, hər şeyi dəyişəcək”.

O əlavə edib ki, Rusiya tarixinə nəzər saldıqda, bu ölkədə tez-tez diktatorların hakimiyyətə gəldiyini və yeni torpaqlar işğal etmək həvəsinin bitmədiyini görmək olur. Rəsul Quliyev hesab edir ki, Azərbaycan güclü iqtisadi və hərbi ittifaq yaratmağa çalışmalıdır:

“Biz yaxın 10 ildə ümumi istehsalı 10 trilyona çatdırmalıyıq. Pakistanın da daxil olduğu hərbi alyans bizim üçün həyati vacibdir”.

Eks-spiker Çinin gələcək planlarına da toxunaraq, qeyd edib:

“Çin çox güman ki, əhalisinin azı 100 milyonunu Sibirə və Tayqaya yerləşdirməyə çalışacaq. Bu, bizim üçün ciddi təhlükədir. Çin ekspansiyası sülh şəraitində ölkələri özündən asılı vəziyyətə salmaqla həyata keçirilir. Biz güclü olsaq, onunla bərabərhüquqlu tərəfdaş ola bilərik”.

R.Quliyev sonda əlavə edib ki, Rusiyada yaşayan bəzi azərbaycanlıların Azərbaycana qarşı danışmağa məcbur edilməsi narahatlıq yaratmamalıdır.

“Onların maksimum 10 faizi ürəkdən Azərbaycanın əleyhinə ola bilər. Əsas məsələ Putinlə dil tapmaq deyil, onun qarşısında güclü dövlətlər birliyinin olduğunu göstərməkdir”, – eks-spiker fikrini tamamlayıb.

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Əmrah Həsənli: “Planşet və internetin olmaması artıq təhsil itkisinə çevrilib”
Next: Taleh Kazımov: “Gələn il məqsəd inflyasiyanın hədəf daxilində saxlamaqdır”

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.