05 noyabr 2025-ci il tarixində sosial şəbəkələrdə və bəzi media resurslarında Azərbaycan Vətənpərvərlər Partiyasının (AVP) guya həmin gün iclas keçirməsi və 12 rayon təşkilatının sədrinin, eləcə də ümumilikdə təşkilatların fəaliyyətinə xitam verilməsi barədə sənəd yayılıb. Lakin partiya üzvləri bu sənədin saxta olduğunu bildiriblər.
Paraqraf.com-un məlumatına görə, fəaliyyətinə “xitam verildiyi” iddia olunan rayon təşkilatlarının bir qrup sədri 2023-cü ildən sonra İdarə Heyəti tərəfindən qəbul olunan qərarların legitimliyinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinə rəsmi müraciət edib. Eyni zamanda 2024-cü ildə sədr müavini təyin edilən Günay Ağamalının təyinatının legitimliyi ilə bağlı rəy verilməsi də Nazirlikdən xahiş olunub.
Partiya daxilində yaranmış mübahisələrlə bağlı rayon təşkilatlarının rəhbərləri yaxın günlərdə məhkəməyə də müraciət etməyə hazırlaşırlar.
Şikayətçilər bildirirlər ki, partiyada yaranmış böhranı dialoq yolu ilə həll etmək cəhdləri nəticəsiz qalıb və bu səbəbdən hüquqi müstəviyə müraciət etmək məcburiyyətində qalıblar.
Həsən
Paraqraf.com
![]()
